Heydər Əliyev və həmrəyliyimiz
Tarix: 16.12.2013 | Saat: 22:07:00 | E-mail | Çapa göndər


Dövlətlər o zaman güclü, xalqlar o zaman mərdliyi ilə sayılıb-seçilən, millətlər o zaman yenilməz olur ki, tarixin bütün mərhələlərində öz birliyini təmin etməyi bacarmış, həmrəy olmuş və bir nöqtəyə vura bilmişdir. Milli təsibkeşliyin ən yüksək zirvəsi sayılan birlik və həmrəylik bu sahədə uğur qazanmağı bacaran hər bir xalqa baş ucalığı gətirmiş və sözün həqiqi mənasında strateji və beynəlmiləl əhəmiyyət kəsb
etmişdir.

Birlik və həmrəylik hər nə qədər yüksək mahiyyət daşısa da, onu təmin etmək, bu sahədə təcrübəyə malik olmaq heç də asan deyil. Təbii ki, bunun üçün zəruri olan amillər içərisində milli ruhun yüksək, dövlətçilik təcrübəsinin güclü, idarəetmə baqcarığının isə olduqca təkmil olması çox mühüm idi. Əlavə olaraq, millətin və xalqın içərisindən çıxan, onun qəbul etdiyi, arxasınca gedə biləcəyi, ayrı-ayrılıqda hər bir fərdin, bütövlükdə isə böyük bir cəmiyyətin qüruru ola biləcək, hər bir insanın sosial və milli maraqlarını ifadə etməyi bacaran, milli siyasəti müəyyən etmək keyfiyyətlərinə malik olan lider kimi formalaşmaq tələb olunurdu. Və həmin lider tarixi zərurətin əhəmiyyəti ilə, milli birlik gerçəkliyinin vəhdətini düzgün əlaqələndirməyi vaxtında və yerində təmin etməyi bacarmalıdır.
Bütün sahələrdə olduğu kimi birliyimiz və həmrəyliyimizin də təmin olunmasında tarixi və çox zəruri addımların atılması sahəsində ümummilli liderimiz Heydər Əliyevin və Onun siyasi fəaliyyətinin müstəsna əhəmiyyəti vardır. O nəinki, müasir müstəqillik illərində, hətta keçmiş SSRİ məkanında belə, ölkəmizdə milli birliyə və həmrəyliyə ünvanlanan, istiqamətlənən tədbirlərin əsaslarını qoymuşdur. Xüsusən də, ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan MR dövründə bu məsələnin çox möhkəm təməli qoyulmuş oldu. Belə ki, 1991-ci il 16 dekabr tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması haqqında qərar qəbul edildi. Altı bənddən ibarət olan həmin qərarda hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü kimi qeyd olunması üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilmişdi.
Beləliklə, 16 dekabr milli birlik və həmrəyliyimizin təminatı istiqamətində görülən böyük işlərin başlanğıc günüdür. 16 dekabr milli təsibkeşliyimizin ən yüksək inkişaf mərhələsidir. 16 dekabr millətimizin, xalqımızın və dövlətimizin tarixi keçmişi ilə parlaq gələcəyinin səsləşməsidir. Nəhayət, 16 dekabr milli liderimizin bizlərə ərmağan etdiyi bütün uğurların tərkib hissəsi olmaqla, milli ruhun, milli kimliyimizin və milli varlığımızın ən gerçək təsdiqidir. Elə bu gündən başlanan birlik və həmrəylik zərurətimiz 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə bütövlükdə dünyadakı soydaşlarımızın sevinci və vəhdəti ilə daha da alovlanacaq.
Cavadxan Qasımov
AMEA Naxçıvan Bölməsi İqtisadiyyat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Makron: “G7“ iştirakçıları İranla münaqişə istəmir
25.08.2019
“Qərbin bizi təhdidinə baxmadan Türkiyənin haqlarını sonunadək müdafiə edəcəyik”
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info