Dina Malışeva: “Azərbaycanın iqtisadi inkişafı 2014-cü ildə də davam edəcək”
Tarix: 16.12.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan balanslı siyasət həyata keçirməklə əsas dünya və
regional güc mərkəzləri ilə eyni məsafə saxlamaqda
davam edir”


“2014-cü ildə Ermənistanda iqtisadi artım azalacaq. Hökumət ancaq bəzi ehtiyatlı tədbirlər, o cümlədən vergi-büdcə və pul-kredit siyasəti həyata keçirməklə ciddi iqtisadi böhrandan qurtula bilər”.
Bu fikirləri İrəvanda keçirilən beynəlxalq dəyirmi masada Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun və Lomonosov adına Moskva Dövlət Universtitetinin Dünya siyasəti fakültəsinin baş elmi işçisi Dina Malışeva bildirib. “Panarmenian.net” saytı xəbər verir ki, Malışeva Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan-Ermənistan münasibətləri kontekstindən çıxaraq regional xarakter aldığını deyib: “2014-cü ilə Cənubi Qafqaz dövlətləri heç də pis nəticələrlə daxil olmurlar. İqtisadi planda dövlətlər əsas itkilərdən yan keçə biliblər. Dünya Bankı 2014-cü ildə Azərbaycanda 5 faizə qədər iqtisadi artımın olacağını proqnozlaşdırır. Neftin kifayət qədər yüksək qiyməti də bu iqtisadi inkişafı dəstəkləyəcək. Gürcüstanın iqtisadiyyatı isə optimist proqnoz verməyə əsas vermir. Gürcüstanda iqtisadi aktivlik zəifləyib, həyat səviyyəsi aşağı düşüb, işsizlik daha da artıb. Cənubi Qafqaz dövlətlərinin xarici siyasətində də ciddi dəyişiklik baş verməyib. Azərbaycan balanslı siyasət həyata keçirməklə əsas dünya və regional güc mərkəzləri ilə eyni məsafə saxlamaqda davam edir. Ermənistan Cənubi Qafqaz dövlətləri arasında yeganə dövlətdir ki, öz siyasətini üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələndirir”. Ekspert qeyd edib ki, Ermənistanı ciddi siyasi kataklizmlər gözləyə bilər. Bunu önləmək üçün respublikadakı daxili siyasi destabilliliyin qarşısı alınmalı, konsensus və balans yaradılmalıdır: “Ona görə də Ermənistan prezidentinə xarici oyunçular tərəfindən dəstəklənən müxalifət qüvvələri ilə dialoq lazım ola bilər. Əks halda bu vəziyyət ölkənin suverenliyinə və sabitliyinə ciddi təhlükədir”.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info