“Ukrayna qoşulduğu istənilən birlik üçün ağır iqtisadi yükdür”
Tarix: 16.12.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Mark Adomanis: “Ölkənin Qərbə, yoxsa Şərqə
yönəlməsindən asılı olmayaraq, bu seçim onların problemlərini
həll etməyəcək”


Avropa İttifaqı Ukrayna ilə assosiativ saziş üzrə işi dayandırıb. Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle şəxsi "twitter" səhifəsində belə yazıb. Onun sözlərinə görə, ötən həftə o Ukraynanın baş nazirinin birinci müavini Sergey Arbuzova bildirib ki, Ukrayna ilə ticarət danışıqlarının davam etdirilməsi Ukraynanın bunu imzalama hazırlığını tam şəkildə nümayiş etdirdiyi halda mümkün
olacaq.

Füle Ukrayna hökumətindən buna heç bir cavab gəlməyini deyib və buna görə də, Avropa İttifaqı tərəfindən saziş üzrə iş Ukrayna tərəfinin təklif edəcəyi vaxta kimi gözləmə rejiminə keçib: "Ukrayna prezidenti və hökumətinin assosiasiya sazişi ilə bağlı sözü və fəaliyyəti günbəgün daha çox ziddiyyət təşkil edir. Onların arqumentləri ilə reallığın heç bir əlaqəsi yoxdur". Qeyd edək ki, “Forbes” nəşrinə açıqlama verən ekspert Mark Adomanis hesab edir ki, Moskva çətin ki, Ukraynanı tamamilə öz qanadları altına ala bilsin. Alsa belə, bu, Moskvanın qüdrətini gücləndirməyəcək. Adomanis hesab edir ki, Qərbdən olan analitiklər nədənsə Ukrayna haqqında danışarkən iflas həddində olan dövlətdən danışdıqlarını unudurlar: “Ukrayna haqqında danışarkən elə bil ki, şirnikləndirici mükafat haqqında danışırlar. Hesab edirlər ki, Ukraynada islahatlar həyata keçirməklə Avropa İttifaqının iqtisadiyyatını gücləndirəcəklər. Amma onların bu proqnozları Ukraynanın 2013-cü ildə mövcud olan reallıqları ilə uyğun gəlmir. Qərbdə Ukrayna haqqında müzakirə apararkən 45 milyon əhalisi olan dövlət haqqında yox, sanki abstrakt anlayış haqqında danışırlar. Bu gün Ukraynanın ciddi iqtisadi problemləri var. Ukrayna qoşulduğu istənilən birlik üçün ağır iqtisadi yükdür. Ukraynada adambaşına düşən gəlir Çindən qat-qat aşağıdır. Bu ölkənin əhalisi sürətlə azalır. Hamı bilir ki, əhali artımı məsələsində Rusiya “ölür”. Amma real fakt odur ki, Ukraynada demoqrafik problem Rusiyada olandan daha ağırdır. Bu ölkənin gələcəkdə heç olmasa yavaş-yavaş da olsa irəliləməsi üçün böyük həcmdə resurs sərf olunmalıdır. Avropa İttifaqı da, Rusiya da anlamalıdırlar ki, bu investisiyalar çətin ki, sonradan gəlir gətirsin. Ukraynalılar sərbəst şəkildə ölkənin gələcək inteqrasiyası ilə bağlı qərar qəbul etməlidirlər. Amma ölkənin Qərbə, yoxsa Şərqə yönəlməsindən asılı olmayaraq, bu seçim onların problemlərini həll etməyəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info