Nazir: “Mübariz“ snayperi üzərində son tamamlama işləri gedir”
Tarix: 17.12.2013 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


“Azərbaycanda istehsal edilən 12,7 mm-lik "Mübariz" snayper tüfəngi üzərində son tamamlama işləri gedir”. Bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazirin sözlərinə görə, bu ilin sonunda tüfəng Silahlı Qüvvələrdə silahlanmaya qəbul olunacaq.
Xatırladaq ki, bu gün Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları peşə bayramları münasibəti ilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib.
Dekabrın 17-də MSN-in rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin 16 dekabrında Müdafiə Sənayesi Nazirliyi yaradılıb.
İlham Əliyev 2009-cu ilin noyabrın 10-da Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il dekabrın 17-si MSN işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info