Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyalar artıb
Tarix: 17.12.2013 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


2013-cü ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcmi 3,78 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,18 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 87,4 faizi (3301,4 milyon manat) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarının payına düşür.
Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 35,9 faiz, investisiyaların özü isə 1,354 milyard manat təşkil edib.
Norveç investisiyaları 467,6 milyon manat (xüsusi çəkisi 12,4 faiz), ABŞ - 454,64 milyon manat (12 faiz), Yaponiya - 346,06 milyon manat (9,2 faiz), Çexiya - 258,11 milyon manat (6,8 faiz), Türkiyə - 270,53 milyon manat (7,2 faiz), Fransa - 149,99 milyon manat (3,9 faiz), Rusiya və İran - hər biri 118,72 milyon manat (hər biri 3,1 faiz) təşkil edib.
Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (3,7 faiz xüsusi çəki ilə 139,1 milyon manat). Asiya İnkişaf Bankı yanvar-noyabr aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 42,3 milyon manat (1,1 faiz), İslam İnkişaf Bankı isə 9,27 milyon manat (0,3 faiz) ayırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info