“British Council Azərbaycan”ın yeni layihəsi
Tarix: 17.12.2013 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Dekabrın 17-18-də “British Council Azərbaycan” yerli tərəfdaşı olan Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi ilə birgə “Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv qərarlar” layihəsi çərçivəsində milli seminar keçirəcək.
“British Council Azərbaycan”dan bildirilib ki, layihə çərçivəsində cari ilin iyun ayında ölkədə əlilliklə bağlı vəziyyəti təhlil etmək məqsədi ilə “Gələcəyin axtarışı” adlı tədbir keçirilib. Sonrakı tədbirlər zamanı əlilliyi olan insanların ictimai həyata daha səmərəli inteqrasiyasına təsir sahəsində qərarların qəbul olunmasını əhatə edən ilkin çərçivə sənədi hazırlanıb.Keçiriləcək seminar iştirakçılara çərçivə sənədi ilə tanış olmaq və yeni yaradılmış çərçivənin səmərəli işləməsinə aid olan bütün məsələləri müzakirə etməyə imkan verəcək.
Seminarın nəticəsi olaraq iştirakçılar çərçivənin milli adaptasiyasına dair təkliflər hazırlayacaq, Birləşmiş Krallıqdan olan tərəfdaşlarla birgə tövsiyələri gözdən keçirəcək və hər ölkə üçün çərçivənin yenidən adaptasiyasını həyata keçirəcəklər.
Avropa İttifaqının maliyyələşdirdiyi layihənin 2-ci ilində dövlət qurumları, qeyri-hökumət təşkilatları və media üçün vəsaitlər tərtib olunması, 3-cü ilində isə beynəlxalq çərçivənin yerli icmalarda sınaqdan keçirilməsi gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info