Ukraynada ilk dəfə Davos Kommunikasiya Forumu keçiriləcək
Tarix: 17.12.2013 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


Gələn ilin martın 14-də Davosda keçirilən əsas forumdan (“World Communication Forum Davos” – “WCFDavos”) bilavasitə sonra Kiyevdə təşkil olunacaq Davos Kommunikasiya Forumuna (“WCFDavos Kyiv”) qeydiyyat başlayıb. Dünya kommunikasiya səhasində əsas hadisələrdən biri sayılan bu Forum dünyanın aparıcı mütəxəssislərini bir araya gətirəcək.
Ənənəvi “WCFDavos” Forumunda kommunikasiya sahəsini inkişaf etdirən əsas məsələlər müzakirə olunur. Kiyevdə kiçiriləcək Forumun təşkilatçısı və media-tərəfdaşı qismində “AGAMA communications” marketinq və media kommunikasiyaları üzrə agentliklər qrupu çıxış edəcək.
“Davos Forumundan sonra dərhal Kiyevdə Forum təşkil etmək – strateji həlldir. Bu, spikerlərin top-səviyyəsini və hadisənin canlı atmosferini qoruyub saxlayacaq. Bununla yanaşı, regional tədbirlərin iki məsələsi həll olunacaq: Forumun daha tətbiqi xarakteri və milli ekspertizanın qlobal ekspert icmasına inteqrasiya”, - deyə “WCFDavos”un direktoru və kontent-meneceri xanım Yanina Dubeykovskaya mediaya bildirib.
Ukrayna sessiyasının mövzusu “Biznesdə effektiv kommunikasiyalar. Beynəlxalq və yerli. Trendlər və alətlər-2014” olacaq. Tədbir çıxışlar və panel müzakirələri formatında keçiriləcək və əsas diqqət qlobal və mədəniyyətlərarası kommunikasiyaların uyğunlaşdırmasına yetiriləcək.
“WCFDavos” və onun Ukrayna variantı ilk öncə iş adamları, top-menecerlər və dövlət sektorunda çalışan rəhbərlərə yönəldilib ki, onlar kommunikasiyaların strateji əhəmiyyətini dərk edir və ondan yalnız operativ məsələləri həlletmə vasitəsi kimi istifadə etmirlər”, - deyə “WCFDavos Kyiv”in eksklüziv təmsilçisi olan “Peon Talan” PR agentliyinin direktoru xanım İrina Zolotareviç qeyd edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info