Bakıda beynəlxalq ekoloji forum keçirilir
Tarix: 17.12.2013 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bu gün "Bir birimizdən öyrənirik!" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin gənclərinin beynəlxalq ekoloji forumu öz işinə başlayıb. Məlumata görə, tədbirin rəsmi tərəfdaşları Gənclər və İdman Nazirliyi, İDEA (Ətraf Mühitin mühafizəsi naminə beynəlxalq dialoq)" İctimai Birliyi və "Təbiət Dostları" Gənclər İctimai Birliyidir. Beynəlxalq forumda MDB üzv dövlətlərindən 40-dan çox gənc ekoloq iştirak edir.
Beynəlxaq forumun keçirilməsində məqsəd ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan verməkdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu il MDB məkanında "Ekologiya ili" elan olunub: "2012-ci ilin Azərbaycanda "Ekologiya ili" elan olunmasına və həmin il çərçivəsində ölkəmizdə bu sahə ilə bağlı bir sıra tədbirlər keçirilməsinə baxmayaraq, bu il də ölkəmizdə bu istiqamətdə tədbirlər həyata keçirilir. Biz bu il yayda MDB ölkələrinin iştirakı ilə ekoloji düşərgə təşkil etdik və bu gün də həmin tədbirin davamı olaraq Forum keçirilir. Düşünürəm ki, forum çərçivəsində gənclərimiz arasında maraqlı müzakirələr aparılacaq, fikir mübadilələri həyata keçiriləcək. İnanıram ki, burada iştirak edən QHT-lər arasında ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətində birgə maraqlı təşəbbüslər və ideyalar ortaya çıxacaq. Gələcəkdə isə MDB məkanı daxilində bu layihələri həyata keçirmək olar"
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info