İrakli Qaribaşvili : “Azərbaycan çox önəmli ölkəyə çevrildi”
Tarix: 17.12.2013 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


“Böyük həcmdə karbohidrogen ehtiyatları nəzərə alınmaqla region və Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təhlükəsizliyi tələbatını ödəmək baxımından Azərbaycan çox önəmli ölkəyə çevrildi”. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, Gürcüstanın coğrafi mövqeyi ölkəni Cənubi Qafqazda nəqliyyat qovşağına və Avropa və Xəzər regionu arasında ən qısa nəqliyyat marşrutu üçün Türkiyə ilə birlikdə əsas halqaya çevirir: "Əminəm ki, bu, enerji sahəsində davamlı inkişafın uzunmüddətli perspektivinin yalnız başlanğıcıdır".
İ.Qaribaşvili qeyd edib ki, növbəti addım Trans-Xəzər qaz kəməri layihəsinin inkişafına və Aİ-nin Xəzər regionunun digər ölkələri ilə danışıqlarının gücləndirilməsinə istiqamətlənməlidir: "Son 20 il ərzində son layihələr və regionun təcrübəsi səmərəli əməkdaşlıq və nəqliyyat marşrutları, karbohidrogen mənbələrinin şaxələndirilməsi üçün şəraitin yaradılmasının nə qədər önəmli olduğunu əyani şəkildə nümayiş etdirir".
Baş nazirin sözlərinə görə, "Cənub dəhlizi" çərçivəsində planlaşdırılmış iri nəqliyyat layihələrinin uğuru istehlakçılar, tranzit və istehsalçı ölkələrin maraqlarının balansını təmin edəcək: "Şahdəniz-2" kimi vacib layihələrin reallaşdırılması iştirakçılara sabitlik, iqtisadi artım və çiçəklənmə gətirəcək, region bazarının inkişafına, iştirakçı ölkələrin enerji təhlükəsizliyinin artmasına yardım edəcək".
İ.Qaribaşvili bildirib ki, layihə qarşılıqlı irəliləyiş və uğur üçün vahid enerji siyasətinin yaradılmasında həlledici rol oynayır.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb.
"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilənin iştirakçıları (alqı-satqı əməliyyatlarından sonra yeni pay bölgüsü) bunlardır: BP (operator) - 28,8 faiz, Statoil - 15,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, Lukoil - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 16,7 faiz.
"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılır.
"Şahdəniz"in işlənməsinin ikinci mərhələsinin dəyəri isə 25 milyard dollar qiymətləndirilir.
Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info