“Həmrəy”dən gənclərə yeni imkan
Tarix: 17.12.2013 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin “təhsil layihəsi”nə start verdi. Gənclərin maarifləndirilməsinə dəstək vermək üçün “Həmrəy Təhsil Mərkəzi”nin açılışın etdi. Tədbirdə ictimaiyyət nümayəndələri, valideynlər, müəllimlər, tələbələr, şagirdlər və digər şəxslər iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin ilə açılan mərasimdə giriş sözü ilə çıxış edən layihənin rəhbəri t.ü.f.d. Elvin Əliyev iştirakçılara “Təhsil Mərkəzi” haqqında ətraflı məlumat verdi. Bu layihənin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində gənclərə yeni imkanlar açdığını, onların burada “Həmrəy” olmaqları, öz ideyalarının müzakirə etmələri və reallaşdırmaları üçün şəraitin yaradıldığını bildirdi.
Sonra “Həmrəy” GMDİB-nin sədri Yəhya Babanlı İctimai Birliyin həyata keçirdiyi tədbirlər barədə söz açdı. Azərbaycan Respublikasında yaşayan gənclərin həmrəyliyinə nail olmaqla onların maarifləndirilməsinə kömək etmək məqsədilə belə layihələrin davamlı olacağın qeyd etdi. Bildirdi ki, “Həmrəy” öz nizamnaməsinə uyğun olaraq gənclərin hərhərəfli inkişafı üçün davamlı layihələr həyata keçirir. Təhsil Mərkəzini açmaqda başlıca məqsəd gənclərin savadlı, dünyagörüşlü, müasir düşüncəli və yüksək intellektli aparıcı qüvvəyə çevrilməsinə, onların vətənpərvərlik ruhunda inkişafına, onlarda humanizm və tolerantlıq, ləyaqətlilik və mübarizlik kimi vicdani və əxlaqi keyfiyyətlərin formalaşmasına töhfə verməkdir. Bu Mərkəzdə sadalanan amilləri gerçəkləşdirmək məqsədilə kurslar, seminarlar, təlimlər və s. tədbirlər həyata keçiriləçəkdir. Gənclərin cəmiyyətimiz üçün faydalı olan ideyalarının reallaşdırması üçün şərait yaradılacaqdır. Bir sözlə, Mərkəz gənclərə açıqdır.
Daha sonra tədbirdə partnyor qismində iştirak edən “Biləv” Şirkətinin direktoru, Azərbaycan Dövlət Neft Akademiyası nəzdində fəaliyyət göstərən Lukoyl Neft Şirkətinin Mərkəzləşdirilmiş Kimyəvi analiz laboratoriyasının müdiri t.e.d., dos. Fariz Əmirov bu missiyanın gənclər üçün əhəmiyyətini vurğulayaraq öz təbrikini və arzularını çatdırdı.
Təhsil Mərkəzinin digər bir partnyoru “Ada Mental” kurslarının direktoru Səmra Fidanboy Mental-Aritmetik (Əqli hesab) layihəsinin mahiyyəti iştirakçılara izah etdi.
Sonda xatirə şəkli çəkdirildi və mərasim bədii hissə ilə davam etdirildi.

İlkin





 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info