Leyla Əliyeva: “Gənc nəsildən çox şey asılıdır”
Tarix: 17.12.2013 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


"Biz planetin ən mənzərəli və faydalı qazıntılarla zəngin olan regionlarından birində yaşayırıq". Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) kampaniyasının təsisçisi və rəhbəri Leyla Əliyevanın "Bir-birimizdən öyrənirik!" Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətləri gənclərinin beynəlxalq ekoloji forumunun iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
Müraciətdə bildirilir: "Bununla belə, biz insanın ətraf mühitə zərərli təsirini tez-tez unudaraq, təbiətin qüdrətli olduğunu güman etməyi vərdiş halına gətirmişik. Yer əhalisinin gündəlik fəaliyyəti həyatımızın təmiz hava və içməli su kimi ən sadə tərkib hissələrini təhlükəyə məruz qoymaqla ekologiyaya ciddi ziyan vurur".
L.Əliyeva qeyd edib ki, 2013-cü il "MDB-də ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili" elan edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib: "Gənclər başa düşməlidirlər ki, ölkələrimiz regionun ekologiyasının gələcəyinə görə ümumi məsuliyyət daşıyırlar və həssas təbiətimizin xilası naminə yalnız birgə fəaliyyət və əməkdaşlıq bu sahədə hiss ediləcək nəticələr verə bilər. Bu baxımdan bizdən - ünsiyyət və innovasiyalara açıq olan, qabaqcadan yaranmış səhv fikirlərdən və süni şəkildə yaradılmış sərhədlərdən uzaq olan gənc nəsildən çox şey asılıdır".
IDEA-nın devizində deyilir: "Vahid Yer kürəsi - vahid gələcək".
IDEA kampaniyasının rəhbəri müraciətində bildirib: "Planetin gələcəyi bizim əllərimizdədir və yalnız birləşməklə təbiəti mühafizə və hazırda sahib olduğumuz Yerin gözəlliyini gələcək nəsillərə hədiyyə edə bilərik".
Leyla Əliyeva əmin olduğunu bildirib ki, bugünkü forum fikir mübadiləsi və qlobal ekoloji problemlərin yeni həll yollarının axtarışı üçün yaxşı imkan olacaq: "Forum iştirakçılarına bu vacib işdə uğurlar arzulayıram!"
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info