Günter Ottinger: “Şahdəniz“ Qafqazla Aİ arasında əlaqələri möhkəmləndirəcək”
Tarix: 17.12.2013 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı Avropaya qaz nəqlinin gələcəkdə şaxələndirilməsi üçün mühüm addım olacaq”. Bunu energetika üzrə Avropa komissarı Günter Ottinger Bakıda Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində deyib.
G.Ottinger bildirib: "Və bu, Qafqazla Aİ arasında əlaqələri möhkəmləndirəcək. Bunlar təkcə enerji sahəsində deyil, sənaye və mədəni əməkdaşlıq sahəsində əlaqələrdir. Bugünkü qərar tarixi qərardır. "Şahdəniz 2"-nin reallaşdırılmasında irəliləyiş üzrə qərar, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi və Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihələri Avropada alqışlanır. Bu, enerjinin xalqlar arasında uzunmüddətli əlaqələrin əsası olduğu birinci hadisə deyil".
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin inkişafı tərəflərin hökumətləri və işgüzar dairələri arasında əməkdaşlığın gözəl nümunəsidir.
G.Ottingerin sözlərinə görə, şirkətlər zəruri investisiyalar üçün əsas kimi qaz nəqli üzrə lazım olan müqavilələrə malikdirlər.
O, həmçinin əlavə edib ki, cənub-şərqi Avropada Cənub Qaz Dəhlizinin reallaşdırılması məsələsində Azərbaycanla Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya və Monteneqro, eləcə də Macarıstan, yaxud Rumıniya və ya Avstriya ilə əməkdaşlığa dair planların olduğunu eşitməyə şaddır: "Bu gün müşahidə etdiklərimiz böyük layihənin başlanğıcıdır".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info