“Le Monde”: “Cənubi Qafqazda hər kişiyə arvad tapmaq nəsib olmayacaq”
Tarix: 17.12.2013 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Fransanın “Le Monde” qəzeti Qafqazda niyə çoxlu oğlan uşaqlarının doğulması ilə bağlı maraqlı yazı yazıb. Qəzet yazır: “Cənubi Qafqazda və Balkan yarımadasının şərqində hər kişiyə arvad tapmaq nəsib olmayacaq. Demoqrafik Araşdırmalar üzrə Milli İnstitut(İNED) tərəfindən açıqlanmış məlumatlara görə, Albaniyada, Ermənistanda, Azərbaycanda və Kosovoda son 30 ildə hər yeni doğulmuş 100 qıza 110-117 oğlan düşür. Bu rəqəmlər orta dünya göstəriciləri ilə müqayisədə(105 oğlana 100 qız) kifayət qədər yüksəkdir və Çin, Vyetnam, Nepal kimi Asiya rekordları ilə bir səviyyədə dayanır. Bu araşdırmanın müəllifləri olaraq Géraldine Duthé və Christophe Guilmoto hesab edirlər ki, bu məsələ ilə bağlı faktlar biologiyadan qaynaqlanmır. Şərqi Avropada doğum barədə “maskulinizasiya” tendensiyasının kökləri 1990-cı illərin sosial-siyasi dəyişikliklərinə gedib çıxır: “Aydın olduğu kimi, sosializm onillikləri dövründə cəmiyyətdə diskriminasiyanın ən qanqaraldıcı növləri ləğv ediləndə, bu, praktiki olaraq ailədaxili bərabərizliklərə təsir etməyib”.
Qeyd edilir ki, Balkanlarda və Qafqazda ailənin dayağı əvvəllər olduğu kimi, kişi hesab olunur. Burada söhbət ata xətti ilə gedən ölkələrdən gedir ki, onlarda da ərə gedən qız ərinin ailəsinə bağlı qalır. Bundan başqa, bu patri-lokal ölkələrdə cütlüklər ərin ailəsində və yaxud onun həndəvərində yaşayır. Arvadın ailəsinin yanında yaşamaq ər üçün çox utancverici bir hal sayılır.
Yazıda daha sonra qeyd edilir: “Kommunist sisteminin çökməsi öz-özlüyündə oğlan uşaqlarına üstünlük verilməsini şərtləndirə bilməzdi. İqtisadi böhran da həmçinin özlüyündə cəmiyyətdə qadın və kişi bərabərliyinə son qoyub. Qadınlar arasında işsizliyin yüksəkliyi də ailələrdə oğlan uşaqlarına üstünlük verilməsini şərtləndirə bilərdi”.
Bundan başqa böhran təhsil və həmrəylik məsələlərində dövlətin rolunda da əks olunub ki, bu da cəmiyyətin əsaslarına sarsıdıcı zərbə endirib. Bu isə ona gətirib çıxarıb ki, ailə strukturu ən möhkəm ictimai instituta çevrilib. Bu institut öz üzvlərinə təhlükəsizlik təminatı, maliyyə dəstəyi və yaşayış yeri verir”.
Sərhədlərin və bazarların açıq olması və eləcə də səhiyyənin özəlləşdirilməsi insanlara UZİ kimi yeni texnologiyalara çıxış imkanı verib. Bu isə doğum prosesini nəzarətə götürməyə və erkən vaxtlardan dölün cinsiyyətini təyin etməyə imkan yaradıb. Bu isə özlüyündə abort vasitəsilə uşaqların cinsiyyət baxımından seçim imkanını yaradıb. Ermənistanda üçüncü uşağın doğuluşu zamanı cinsiyyətə münasibət 185 oğlana qarşı 100 qız olub ki, bu da sözügedən məsələdə yeni dünya rekordudur.
İNED-in direktoru Jil Pizon qeyd edir ki, bu faktlar hazırda mövcud olan proqnozlara yenidən baxmağa vadar edir: “Əgər qızlar azalacaqsa, onda gələcəkdə uşaq dünyaya gətirəcək qadınlar da azalacaq”. Amma hələki, bu proses uzaqdadır. Amma adları qeyd edilən Balkan və Qafqaz ölkələrinin hökumətləri artıq həyəcan təbili çalır”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info