Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edib
Tarix: 17.12.2013 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Dekabrın 17-də gənclər və idman naziri Azad Rəhimov Qubada ölkənin şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Şəhərdəki Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan 40-dək sakinin şikayət və təklifləri dinlənilib.
Gənclər və İdman Nazirliyinin aparat rəhbəri və şöbə müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilib.
Vətəndaşlardan əksəriyyəti güzəştli ipoteka krediti əldə etmək və idman sahəsində fəxri ad almaq üçün köməklik göstərilməsini xahiş edib. Həmçinin müraciətlərin bir qismi rayonlarda gənclər mərkəzlərinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların inşası, gənclərlə iş sahəsində QHT-lərin yaradılmasına dəstək vermək, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı olub.
Vətəndaşların Gənclər və İdman Nazirliyinə aid olan müraciətlərindən bəziləri elə yerindəcə həllini tapıb.
Nazir Azad Rəhimov vətəndaşların digər müraciətlərinin araşdırılaraq müsbət həlli üçün müvafiq tapşırıqlar verib. Aidiyyəti üzrə olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
FHN-in Akademiyasında Nəsiminin yubileyi qeyd edilib
23.05.2019
“Son iclas” filmi Pirallahı gəncləri tərəfindən böyük maraqla qarşılandı
23.05.2019
Heydər Əliyev Fondu rayonlarda iftar süfrələri təşkil edir
23.05.2019
Şuranın dəstəyilə 178 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
23.05.2019
“Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info