Üçüncü hesabat konserti
Tarix: 17.12.2013 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının hesabat konserti keçirildi. Hesabat konsertində Musiqi müəllimliyi və Solo oxuma ixtisasının tələbələrindən Afət Əliyeva, Adəm Önöğül, Bəhruz Quliyev, Nigar İbrahimova və Rahim Əsgərov Ü.Hacıbəyov, T.Quliyev, E.Sabitoğlu, R.Mirişli kimi görkəmli Azərbaycan bəstəkarlarının repertuarından ariya və mahnılar səsləndirdilər. Gülnarə Xəlilovanın, Həvayət Məmmədovanın fortepianoda ifa etdikləri klassik musiqilər, Ramilə Rzayevanın tarda səsləndirdiyi Səid Rüstəmovun “Oxu tar” mahnısı, Toğrul Quliyevin qarmonda ifa etdiyi “Qoçəli” rəqsi, Mirnazim Seyidbəylinin sazda çaldığı “Şirvan Müxəmməsi” kimi bir-birindən gözəl musiqi nömrələri tamaşaçı zövqünü oxşadı. Konsert, kafedranın müəllimi Əli Davudinin rəhbərliyi ilə tələbələrdən Afət Əliyeva və Adəm Önöğüldən ibarət trionun professional ifası - Müslüm Maqomayevin “Odlar yurdu” əsəri ilə, alqışlarla sona çatdı.
İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov, Bəstəkarlıq kafedrasının müəllimi Yaşar Xəlilov hesabat konsertinin qənaətbəxş olduğunu, əsasən birinci kurs tələbələrindən ibarət ifaçıların səhnədəki ilk kövrək addımlarının onların gələcək səhə uğurlarından soraq verdiyini bildirdilər. Sənət müəllimləri səhnə mədəniyyəti və perfomansı, ifa tərzi ilə bağlı dəyərli tövsiyələrini də tələbələrə çatdırdılar.
Universitetin rektoru, professor Saleh Məhərrəmov tədbirə yekun vuraraq muxtar respublikada incəsənət xadimlərinin, bəstəkar və sənətşünasların fəaliyyətləri üçün yaradılan şəraitdən, hesabat konsertlərinin istedadlı tələbələrin üzə çıxarılması, onlarda professional ifaçılıq məziyyətlərinin aşılanması baxımından əhəmiyyətindən bəhs etdi. Rektor, hesabat konsertinin təşkilində əməyi olan kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlova, müəllimlərdən Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyeva, Əli Davudi, Fatma Əliyeva və digərlərinə təşəkkürünü bildirdi, tələbələrə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info