“Təqdimat və ünsiyyət bacarıqları” üzrə təlim
Tarix: 17.12.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi davam edir. Layihə çərçivəsində 14-16 dekabr 2013-cü il tarixlərində Qəbələ şəhərində yerləşən Gabala Riverside otelində "Təqdimat və ünsiyyət bacarıqları” üzrə təlim keçirilib.
Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin qeyd olunan istiqamət üzrə bilik və bacarıqlarının artırılması, eyni zamanda bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılması olub. İki gün həyata keçrilən tədbirin təlimçisi, müvafiq sahə üzrə mütəxəssis Vüqar Baba tərəfindən təlim iştirakçıları üçün “İctimaiyyətlə əlaqələr nədir? / Qədim dövrdən etibarən təqdim etmənin formaları”, “PR-ın vasitələri və alətləri”, “Sosial şəbəkələrdə ünsiyyət, Viral reklam, Virus PR, Teaser PR”, “Korparativ Sosial Məsuliyyət” və digər mövzularda təqdimatlar təqdim olunmuşdur. Eyni zamanda “Sosial yönümlü ictimaiyyətlə əlaqələr”, “Bir şeyi satmaq üçün qurulan ünsiyyət forması”,” Neqativ informasiyanın idarə olunması” və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılıb.
Tədbir çərçivəsində iştirakçılar üçün Qəbələ şəhərində ekskusiya təşkil olunub. Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info