“Rus hakerlər 54 milyon Türkiyə vətəndaşının məlumat bazasına çıxış əldə edib”
Tarix: 17.12.2013 | Saat: 22:55:00 | E-mail | Çapa göndər


Rusiyalı hakerlər 54 milyon Türkiyə vətəndaşı haqqında məlumat bazasına çıxış əldə ediblər. KONDA araşdırma firmasının rəhbəri Bəkir Ağırdır bildirib ki, bəzi siyasi partiyalar seçicilərin şəxsi informasiyalarını onlayn formada internetə yüklədiklərindən rus hakerlər bundan yararlanıblar.
Məsələ ondadır ki, siyasi partiyalar şəxsi informasiyaları bu formada yükləyərkən etibarlı müdafiə sitsemi, etibarlı paroldan istifadə etməyiblər. Bu isə rus hakerlərin 54 milyon vətəndaşın şəxs məlumat bazasına daxil olmasına imkan yaradıb. Partiya üzvləri tərəfindən informasianın yüklənməsindən cəmi 2 saat sonra rus hakerlər çətinlik çəkmədən bazaya çıxış əldə etməyə nail olublar. “Antalyatoday.ru” xəbər verir ki, partiyalar həmin informasiyaları mərkəzi seçki orqanına təqdim etmək üçün hazırlayıblar: “Sayt qeyd edir ki, şəxsi məlumatların qorunması məsələsi qanunvericilik və səhlənkarlıq ucbatından Türkiyədə ciddi problem kimi gündəmdə dayanır. Bir çox hökumət təşkilatı vətəndaşların anket informasiyalarını başqa dövlət qurumlarına və şirkətlərinə heç bir müdafiə tədbiri görmədən birbaşa internet vasitəsilə göndərirlər. Dövlət orqanlarında işləyənlərdə şəxsi məlumatların müdafiəsi və təhlükəsizliyi kimi anlayış yoxdur. Təkcə hökumət orqanları deyil, bank, turizm, tibb sektorunda fəaliyyət göstərən özəl şirkətlər də maneəsiz şəkildə informasiyalara çıxış əldə edə bilirlər. Bu informasiyalardan istifadəni məhdudlaşdıran heç bir qayda yoxdur. Şəxsi informasiyaların qorunması ilə bağlı ümumi qaydalar olmasına baxmayaraq, Türkiyədə fərdi informasiyaların qorunması ilə bağlı qanuna ciddi ehtiyac var.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Şri-Lankada partlayışlarda ölənlərin sayı 310-a çatıb
23.04.2019
Nigeriyada polis avtomobili insanların üzərinə sürüb: 8 ölü, 30 yaralı
23.04.2019
Şri-Lankada törədilən terror aktlarında həlak olan xarici ölkə vətəndaşları
23.04.2019
Kanadada Hous Pik zirvəsində həlak olan 3 alpinistin cəsədləri tapılıb
22.04.2019
Dmitri Peskov: Putinin Zelenski ilə əməkdaşlığından danışmaq hələ tezdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info