Filip Vuyanoviç: “Monteneqro ARDNŞ ilə əməkdaşlıqdan məmnundur”
Tarix: 17.12.2013 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Monteneqro "Cənub qaz dəhlizi" kimi iri qaz dəhlizinin hissəsinə çevrilməklə ən etibarlı tədarükçünü uzunmüddətli enerji sabitliyi ilə təmin edəcək”. Bunu Bakıda Monteneqro Prezidenti Filip Vuyanoviç Albaniya, Xorvatiya və Monteneqroya gələcəkdə qaz tədarükləri üzrə anlaşma memorandumunun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, Monteneqro üçün strateji, enerji və iqtisadi baxımdan iri qaz dəhlizinin hissəsi olmaq çox önəmlidir: "Bu dəhliz sayəsində Monteneqroda əlverişli investisiya mühiti yaxşılaşacaq ki, bu da yeni investisiya və tərəfdaşlıq əlaqələri üçün imkanlar yaradacaq". F.Vuyanoviç qeyd edib ki, bu layihənin həyata keçirilməsi ilə Monteneqroda tikinti və xidmətlə bağlı yeni iş yerləri açılacaq:
"Monteneqro sakinləri və iqtisadiyyatı ucuz enerji mənbəyi əldə edəcəklər ki, bu da iqtisadi şəraiti və əhalinin yaşayış səviyyəsini yaxşılaşdıracaq. Ərazisindən qaz nəql ediləcək ölkə kimi Monteneqro xeyli maliyyə gəlirləri qazanacaq. Memorandumu imzalamış digər ölkələrlə birlikdə Monteneqro nəql yolları və mənbələrinin şaxələndirilməsinə və xüsusilə Cənub-Şərqi Avropaya təhlükəsiz tədarüklərin yüksək səviyyəsinin əldə edilməsinə yönəldilmiş Avropa enerji ictimaiyyətinin məqsədlərinə nail olmağa yardım edir". Monteneqro Prezidenti, həmçinin Azərbaycana və şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Bundan başqa, F.Vuyanoviç ARDNŞ ilə əməkdaşlıqdan məmnun qaldığını deyib və əlavə edib ki, Monteneqro bununla da möhkəm iqtisadi tərəfdaşlıq qurur. Bununla əlaqədar olaraq, o, ARDNŞ-nin Kumborda kurort zonasında tikdiyi kompleksi xatırladıb. Prezidentin sözlərinə görə, kompleks Adriatik dənizinin sahillərində ən gözəl kurortlardan biri olacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info