Uilyam Heyq: “Britaniya Azərbaycanın dəstəyini yüksək qiymətləndirir”
Tarix: 17.12.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Krallığının xarici işlər naziri Uilyam Heyq ilə işçi nahar əsnasında görüşüb.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi, "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və Azərbaycanın Aİ ilə əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə edilib.
Uilyam Heyq "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması münasibətilə Azərbaycanı təbrik edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verən nazir Elmar Məmmədyarov, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qalmasının regionun təhlükəsizliyinə başlıca təhdid olduğunu bildirib. Uilyam Heyq bildirib ki, Böyük Britaniya Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə dair görüşlərinin müntəzəm keçiriləcəyinə ümid edir: “Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilən görüşünü alqışlayırıq və ümid edirik ki, görüşlər daimi əsasda keçiriləcək”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info