Mingəçevirin inkişaf üçün geniş potensialı var
Tarix: 18.12.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və mövcud sənaye potensialından səmərəli istifadə olunması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə Mingəçevir şəhərində tədbir keçirilib.
Bu barədə qəzetimizə nazirlikdən məlumat verilib. İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Mingəçevirdə fəaliyyət göstərən müəssisələrin rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Mingəçevirin də sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. Bildirilib ki, Mingəçevirdə sənayenin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Bu potensialdan daha səmərəli istifadə üçün müvafiq tədbirlər həyata keçirilir, AZPROMO və AİŞ-in iştirakı ilə keçirilən bugünkü tədbir də bu məqsədə xidmət edir.
“Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru Rövşən Nəcəf ölkədə özəl sektorun daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına göstərilən dəstək mexanizmləri, eləcə də AİŞ-in əsas fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və əməkdaşlıq üçün prioritet sahələr barədə təqdimatla çıxış edib. Təqdimatda AİŞ-in sahibkarlara göstərə biləcəyi dəstək mexanizmləri və layihələrdə birgə iştirak imkanları barədə geniş məlumat verilib.
Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov və fondun nəzdində fəaliyyət göstərən Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı çıxışlarında AZPROMO-nun sahibkarlara göstərdiyi dəstək, yerli məhsulların və xidmətlərin ənənəvi və yeni bazarlara çıxarılması imkanları, bu sahədə mövcud prosedurlar barədə məlumat veriblər. Çıxışlarda AZPROMO-nun sahibkarların biznes əlaqələrinin daha da genişləndirilməsi, yerli məhsulların xarici bazarlara çıxarılması sahəsində iş adamlarına göstərdiyi dəstək mexanizmləri barədə məlumat verilib, sahibkarlar daha sıx əməkdaşlığa dəvət ediliblər.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, müvafiq fikir mübadiləsi aparılmış və təşviqat materialları paylanıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info