Türkiyə investorlarının Azərbaycan bazarına marağı artıb
Tarix: 18.12.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Türkiyə İqtisadiyyat Nazirliyinin başçılığı ilə «Qablaşdırılmış süd və süd məhsulları Sənayeçilər Birliyi»nin (ASÜD) üzvləri ilə görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”), 20-dən artıq Türkiyə şirkəti və Azərbaycanda fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
Azərbaycanla Türkiyə arasında siyasi-iqtisadi əlaqələrə toxunan ASK prezidenti Məmməd Musayev iki ölkə arasında əlaqələrin gündən-günə inkişaf etdiyini söyləyib. M.Musayev bildirib ki, son illər ölkəmizə investisiya yatıran xarici şirkətlər arasında Türkiyə şirkətləri qabaqcıl yer tutur. M.Musayev iki ölkə sahibkarlarının süd və süd məhsullarının istehsalı sahəsində qarşılıqlı əməkdaşlığın davamı üçün ASK-nın lazımi dəstək verəcəyini vəd edib. Konfederasiyanın nəzdində «ASK Biznes Konsaltinq» MMC-nin fəaliyyətə başlaması və bu qurumun xarici şirkətlərin ölkəmizdə qeydiyyatdan keçməsinə və digər məsələlərin həllinə köməklik edəcəyi qonaqların nəzərinə çatdırılıb. Tədbirdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün elektron müraciət vasitəsilə qeydiyyatdan keçməyin mümkünlüyü, türkiyəli iş adamlarının fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradıldığı barədə məlumat verilib. ASÜD-ün sədri Harun Çallı deyib ki, Azərbaycanda süd və süd məhsullarına olan tələbatı araşdırmaq, bu sahədə çalışan yerli iş adamları ilə birgə işgüzar əlaqələr qurmaq niyyətindədirlər. O, bu sahədə Türkiyənin zəngin təcrübəyə malik olduğunu qeyd edib. Bildirib ki, Türkiyədə istehsal olunan süd məhsulları keyfiyyətinə görə dünyada ilk yerlərdən birini tutur: «Son 3 ildə süd və süd məhsulları istehsalı sahəsində 40% artım qeydə alınıb. Ötən il isə Türkiyədə 17,4 mln. ton süd istehsal olunub. Türkiyəli iş adamları Azərbaycanda da bu təcrübəsini bölüşmək, ortaq şirkətlərin təməlini qoymaq niyyətindədir». Türkiyə nümayəndə heyəti Azərbaycanda əsasən dondurma sahəsində istehsal müəssisələrinin sayının artırılmasının tərəfdarı olduğunu qeyd edib.
Rasim




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info