Qaribaşvili: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”
Tarix: 18.12.2013 | Saat: 14:51:00 | E-mail | Çapa göndər


“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”. Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərinin yekunları ilə bağlı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə çoxəsrlik sıx əlaqələri mövcuddur: "Mənim səfərim bizim əməkdaşlığı davam etdirməyimizin nümayişi oldu".
Qaribaşvili qeyd edib ki, "Şahdəniz 2" üzrə yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir, çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə Avropanın enerji xəritəsi tamamilə dəyişə bilər.
Gürcüstanın bu layihədən hansı mənfəət əldə edəcəyinə gəldikdə, baş nazir bildirib ki, təxminən beş il ərzində 600 milyon dollaradək həcmdə investisiyalar planlaşdırılır, iki mindən üç minədək iş yeri yaradılacaq, qaz kəmərinin buraxılış qabiliyyəti 16 milyard kubmetrədək artacaq ki, bunun beş faizi Gürcüstanda qalacaq.
Onun sözlərinə görə, müvafiq olaraq bu, Gürcüstanın öz dəhlizini daha səmərəli mənimsəməsinə doğru daha bir addımdır və ən başlıcası, bu, region üçün böyük əhəmiyyət kəsb edəcək.
İ.Qaribaşvili iki ölkə arasında çoxtərəfli əlaqələrin gələcəkdə dərinləşəcəyinə ümidini ifadə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır
19.04.2019
PA rəsmisi: “Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib”
19.04.2019
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19.04.2019
AXCP böhtanlara görə ReAl-dan niyə üzr istəmədi?
19.04.2019
Deputat: “Bu fərman məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanacağına böyük ümid yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info