Daşqın Şikarov Sərdar Ayaz Sadıq ilə görüşüb
Tarix: 18.12.2013 | Saat: 14:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq ilə görüşüb.
Səfirliyin yaydığı məlumata görə, görüş əsnasında səfir Daşqın Şikarov Sərdar Sadıqı Pakistan Milli Assambleyasının sədri vəzifəsinə seçilməsi və üzvü olduğu Pakistan müsəlman Liqasının seçkilərdə inamlı qələbə çalması münasibəti ilə təbrik edib.
Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizə verdiyi dəstəyə və Ermənistanı işğalçı siyasəti ilə bağlı bir ölkə kimi tanımadığına görə minnətdarlığını bildirən səfir Daşqın Şikarov Pakistan qanunverici orqanının yuxarı palatası tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilməsi ilə Pakistanın bir daha ədalət və beynəlxalq hüquq prinsiplərinə sadiqliyini və Azərbaycana olan səmimi qardaşlıq münasibətini nümayiş etdirdiyini vurğulayıb.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadıq xalqlarımız arasındakı tarixi, mədəni və dini oxşarlıqları qeyd edərək, bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verdiyini bildirib. O, ölkəsinin Azərbaycanı Ermənistan-Azərbaycan münaqişəsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib.
Görüşdə Azərbaycan-Pakistan münasibətlərinin siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələrdə daha inkişaf perspektivləri müzakirə olunub və bu xüsusda, hər iki ölkənin parlamentləri arasında olan əməkdaşlığın vacibliyi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info