“İnsan Hüquqları haqqında Ümumi Bəyannamə - 65 il” mövzusunda konfrans
Tarix: 18.12.2013 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Dekabrın 18-də “Kempinski Hotel Badamdar” mehmanxanasında “İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə - 65 il” mövzusunda konfrans keçirilib.
İB-nin sədri Rauf Mərdiyev konfransın BMT tərəfindən 1948-ci ilin dekabrın 10-da qəbul olunmuş Bəyannamənin bu müddətdə dünyada və Azərbaycanda insan hüquqlarının qorunmasında rolunu qeyd etmək, bu sahədə olan hazırkı vəziyyəti, problemləri və perspektivləri müəyyənləşdirmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.
O, Azərbaycanda insan hüquqlarına daim böyük önəm verildiyini bildirib və deyib ki, rəhbərlik etdiyi təşkilat gəncləri bu sahədə maarifləndirməyə çalışır.
Konfransda çıxış edən Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, bəşəriyyət yüz illərdir insan hüquqları ilə bağlı işlər görür və bu barədə düşünür. Bu proses İkinci Dünya müharibəsindən sonra daha da sürətlənib. Nəhayət, XX əsrdə insan hüquqları sahəsində əsas sənəd - 1948-ci il dekabrın 10-da BMT tərəfindən “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul olunub. Bu sənəd 70-dən çox beynəlxalq konvensiya üçün hüquqi baza olub. Ölkəmizdə də bu sənəd nəticəsində bir çox müsbətyönümlü qərarlar qəbul olunub. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilmiş, qanunvericilik təkmilləşdirilmişdir.
Rəbiyyət Aslanova insan hüquqlarının təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin prioritet vəzifələrindən olduğunu vurğulayıb.
Qeyd edilib ki, Azərbaycanda insan hüquqları və azadlıqlarının bərpa olunması, inkişaf etdirilməsi siyasətinin özülü ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Konfransda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dünyada və Azərbaycanda insan hüquqları: problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Avropanın insan hüquqları ilə bağlı daha fəal çıxış etməsinə baxmayaraq, bunun tarixi Şərqdən qaynaqlanır. Vaxtilə Osmanlı dövlətinin fərmanlarında “Bütün insanlar qardaşdır” ifadəsi əks olunub.
Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi məsələlərinə xüsusi diqqət göstərildiyini deyən Ə.Hüseynli bu sahədə mühüm sənədlərin imzalandığını bildirib. Diqqətə çatdırıb ki, ötən müddətdə ölkəmizin milli qanunvericilik bazası Avropa standartlarına uyğun təkmilləşdirilib, əhalinin digər hüquqları ilə bərabər, sosial-iqtisadi hüquqlarının da daha səmərəli təmin edilməsi məqsədilə bir sıra Dövlət proqramları qəbul olunub.
Vurğulanıb ki, Azərbaycan Respublikası Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlətdir. Bu da məhz ümummilli lider Heydər Əliyevin iradəsi nəticəsində baş tutub.
Konfransda insan hüquqlarının qorunmasından bəhs edən film nümayiş olunub.
Daha sonra tədbir diskussiyalarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info