“Bu qədər sərmayəçi cəlb etdiyinə görə Azərbaycanı təbrik etmək lazımdır”
Tarix: 18.12.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması münasibətilə öncə Azərbaycanı təbrik etmək lazımdır, çünki bu cür ehtiyatlara malik olan ölkə dünyadan bu qədər sərmayəçi cəlb etməsə, bu iş alınmazdı”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını şərh edərkən deyib. Səfir bildirib ki, bir çox ölkədən yüksək səviyyəli rəsmilərin bu münasibətlə Azərbaycana gəlməsi, həmin ölkələrlə, şirkətlərlə əməkdaşlıq qürurvericidir: “Türkiyə də bundan qürur duyur, çünki Bakı-Tiflis-Ceyhandan sonra biz bu layihəni də həyata keçirdik. Yalnız ehtiyatlara sahib olmaq kifayət etmir, onu bazara və istehlakçılara daşımaq lazımdır, bunun üçün də toplam 25 milyard dollarlıq sərmayə yatırıldı. Əsas o idi ki, siyasi iradə olsun. Artıq ticari qərar da qəbul olundu və 2018-ci ildə kəmər vasitəsilə təbii qaz Türkiyəyə, ordan isə Balkanlara və Avropaya nəql olunacaq. Bundan əlavə, Bakı-Tilfis-Qars, Azərbaycan, Gürcüstan və Türkiyənin energetika sistemləri birləşdirəcək layihələr də var. Düşünürəm ki, regionun potensialı yavaş-yavaş ortaya çıxarılır”.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq
17.02.2019
Rusiyalı deputat çeçenlərlə yaşanmış insidenti şərh etdi
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info