Suriyanın kimyəvi silahı ABŞ-a məxsus gəmidə məhv ediləcək
Tarix: 18.12.2013 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Suriyanın kimyəvi silahının ən təhlükəli komponentlərinin məhv edilməsi ABŞ-a məxsus gəmidə həyata keçiriləcək. Bu barədə “İTAR-TASS”a Rusiyanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatında daimi nümayəndəsinin müavini Vasiliy Tituşkin bildirib.
“Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın İcraiyyə Şurası Suriyanın kimyəvi silahının məhv edilməsi prosesinin aşağıdakı mərhələlərlə həyata keçirilməsini qərara alıb. Suriyanın Latakiya limanında Suriyanın kimyəvi silahının ən təhlükəli komponentlərindən ibarət yükü Danimarka və Norveçə məxsus gəmilər qəbul edəcək. Bundan sonra İtaliyanın limanlarının birində yük ABŞ-ın xüsusi avadanlıqla təchiz edilmiş gəmisinə köçürüləcək və burada məhv ediləcək”- deyə Tituşkin bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info