“Azərbaycanda ciddi inkişaf müşahidə olunub”
Tarix: 18.12.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


ABŞ səfiri: “Azərbaycan indi dünya bazarına təkcə neft yox, həm də qaz çıxaran dövlət olacaq, bu isə ölkənin suverenliyi və müstəqilliyi üçün vacibdir”

“Ümumdünya Ticarət Təşkilatına üzv olmaq vacibdir. Bu təşkilata üzvlük Azərbaycana fayda verəcək”. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna üzv şirkətlərin nümayəndələri ilə keçirilən görüşdə deyib. O bildirib ki, Ümumdünya Ticarət Təşkilatı iqtisadi islahatlar üçün yaxşı vasitədir və iqtisadiyyatın inkişafına şərait yaradacaq:

“Bu qurum hələ də güclü təşkilatdır və 159 üzv dövlətin iqtisadi yüksəlişinə kömək edir”. Səfir qeyd edib ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması dövlətlər və özəl şirkətlər arasında uzun danışıqların nəticəsidir: “Bu layihə Azərbaycan üçün çox şey deməkdir”. Onun sözlərinə görə, Azərbaycan indi dünya bazarına təkcə neft yox, həm də qaz çıxaran dövlət olacaq, bu isə ölkənin suverenliyi və müstəqilliyi üçün vacibdir. R.Morninqstar deyib ki, təbii ehtiyatlar Azərbaycanın öz iqtisadiyyatını tədricən diversifikasiya etməsinə, digər sahələri inkişaf etdirməsinə kömək edir. O, Azərbaycanı hüquqi institutları möhkəmləndirməyə davam etməyə, daxili investisiyaları artırmağa, orta və kiçik biznesi inkişaf etdirməyə çağırıb: “İyirmi illik müstəqillik tarixində ölkədə ciddi şəkildə inkişaf müşahidə olunub. Mən 1995-ci ildə Bakıya gəlmişdim, o vaxtdan bəri heyrətamiz dəyişikliklər baş verib. Lakin bu dəyişikliklər davam etməlidir. Xoşbəxtlikdən, ehtiyatlar həm dövlətə, həm də özəl sektora bu imkanı verir. Azərbaycanın daha önəmli ölkəyə çevrilmək üçün imkanları var”. Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı şansı prezidentlərin görüşlərini davam etdirməsi və problemin konkret həlli yollarını müzakirə etməsidir”. Azərbaycan və Ermənistan prezidentlərinin noyabrda Vyanada keçirilən görüşünü alqışlayan səfir bildirib ki, bu, çox yaxşı və konstruktiv görüş olub: “ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi nizamlama prosesində vasitəçilik səylərini davam etdirməlidir. Real sıçrayışın nə vaxt baş verəcəyini demək çətindir. Amma düşünürəm ki, prezidentlərin görüşü pozitiv faktdır”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq
20.01.2019
Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq
20.01.2019
Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info