“Azərbaycanla bağlı yeni layihələrimiz hazırlanır”
Tarix: 18.12.2013 | Saat: 22:41:00 | E-mail | Çapa göndər


Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru
Lev Spivak:
“Burada yaxşı təşkil olunmuş, təcrübəli dünya erməni lobbisi bizə qarşı durur. Amma əminəm ki, zaman və səbir öz işini görəcək”

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası(Azİz) İsrail cəmiyyətində Azərbaycan mədəniyyətinin və həqiqətlərinin yayılmasında, təbliğində və iki ölkə arasında müxtəlif sferalarda münasibətlərin qurulmasında həlledici rol oynayır. Nahaq yerə deyil ki, bu diaspor qurumunu bəzən “İsraildə Azərbaycan səfirliyi” də adlandırırlar. Müsahibimiz Azİz-in baş direktoru Lev Spivakdır.

- Cənab Spivak, Azİz-in 2013-cü ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Fikirləşirəm ki, 2013-cü ilin yekunlarını təxmini olaraq ifadə etmək olar. Fəxrlə deyə bilərəm ki, bu il təşkilatın tarixində ən aktiv və səmərəli il olub. Ənənəvi bayramlar və faciəvi günləri qeyd etməkdən başqa, biz, Heydər Əliyev Fondunun dəstəyi sayəsində “İsraildə Azərbaycan günləri” keçirmişik. Bu seriyadan olan tədbirlər ölkənin 9 şəhərində keçirilib. Bu tədbirlər özündə diqqətçəkici "Justice for Khojaly" fotosərgisini, müsəlman dünyasında birinci demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılandan bu günə qədər olan tarixini, İsrailin 2 telekanalının jurnalistləri tərəfindən çəkilmiş Azərbaycan haqqında sənədli filmin nümayişini və konsert proqramlarını əhatə edib. Bu konsert proqramlarında Azərbaycandan çıxmış artistlər, şairlər və yazıçılar çıxış ediblər.
- Azərbaycanın inkişafı İsraildə necə görünür?
- Təəssüf ki, İsrail mediası hələ ki Azərbaycanda baş verən proseslər, onun sürətli iqtisadi artımı, mədəni inkişafı və sair pozitiv proseslər barədə kifayət qədər materiallar hazırlayıb yaymır. Mənim fikrimcə, bu barədə İsrail KİV-i yetərincə diqqət ayırmır və epizodik məlumatlar gedir. Bu barədə məlumatlar yalnız lap böyük planda və fonda verilir. Son ildə Azərbaycan barədə ən çox işıqlandırılan məlumat Qəbələ festivalı haqqında olub. Orada Yerusəlim simfonik orkestri də iştirak etmişdi.
- Siz iki ölkə arasındakı əlaqələri necə qiymətləndirirsiniz?
- Ölkələrimiz arasındakı münasibətlərin möhtəşəm səviyyədə olduğunu qeyd etmək olar. Düşünürəm ki, bu gün İsrailin Azərbaycandan yaxın dostu, tərəfdaşı yoxdur. Bu yaxınlıq və dostluq bütün səviyyələrdə görünməkdədir. Mal dövriyyəsi artmaqdadır, turizm inkişaf edir, daim mədəni mübadilə getməkdədir. Bu il İsraildə tanınmış pianoçu, professor Fərhad Bədəlbəyli, Azərbaycan estradasının parlaq ulduzu Ədalət Şükürov, gənc populyar müğənni Üzeyir Mehdizadə və digərləri konsert veriblər. İsrailin Azərbaycandakı səfiri cənab Arpazın səyləri nəticəsində iki ölkə arasında elm və təhsil sahəsində də əməkdaşlıq qurulub. Əgər rəsmi münasibətlər barəsində danışsaq, onda bir misal çəkmək istəyirəm - Azİz tərəfindən təşkil olunmuş, Azərbaycan müstəqilliyinin yenidən əldə olunmasına həsr olunmuş tədbirdə İsraili xarici işlər naziri Aviqdor Liberman, Azərbaycanı isə Mili Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib. Hesab edirəm ki, təmsilçiliyin bu səviyyəsi belə, ölkələrimiz arasında münasibətləri parlaq səviyyədə nümayiş etdirmiş olur.
- Azİz beynəlxalq bir assosiasiya olaraq, İsraildən başqa, digər ölkələrdə, xüsusən də Avropa ölkələrində Azərbaycana həsr olunmuş tədbirlər keçirirmi?
- Yox, biz bir dəfə də olsun, İsrail hüdudlarından kənarda tədbir keçirməmişik, amma Diasporla İş üzrə Dövlət Komitəsinin və STMEQİ xeyriyyə fondunun təşkilatçılığı ilə Almaniya və Rusiyada keçirilmiş tədbirlərdə iştirak etmişik.
- Bəs, sizin xarici ölkələrdə bu barədə tədbirlər keçirmək planlarınız varmı?
- Son illərdə Azərbaycanın imici təkcə İsraildə deyil, bütün dünyada xeyli yüksəlib. Təbii ki, bütün bunlar Avropadakı yəhudi icmalarının da Azərbaycana diqqətini çox çəkmiş olur. Bizə artıq Almaniyada, Belçikada, Hollandiyada olan yəhudi diasporları müraciət ediblər ki, birgə tədbirlər təşkil edək. Amma düşünürəm ki, bu cür planları reallaşdırmaq hələ tezdir.
- Hazırda Azərbaycan mədəniyyəti və həqiqətlərinin təbliğində hansı çətinliklərə rast gəlirsiniz?
- Mədəniyyətin təbliği sahəsində xüsusi çətinliklər yoxdur. Bu barədə gözəl layihələrimiz reallaşdırılır ki, onlardan bir neçəsinin adını çəkdim. İndi isə bu barədə yeni layihələrimiz hazırlanır ki, yaxında bununla bağlı eşidəcəksiniz. Hesab edirəm ki, bizim bu bitən ildə ən yaxşı layihələrimizdən biri Azİz yanında Leonid Barştakın rəhbərliyi ilə yaradılmış Azərbaycan musiqisinin simli kvartetidir ki, onun birinci konserti oktyabr ayında uğurla baş tutdu. Bu layihə bizə imkan verir ki, israilliləri zəngin Azərbaycan klassikası ilə effektli bir şəkildə tanış edək. Əgər israillilərin Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqları və bununla bağlı baş verənlər barədə həqiqətlərlə tanışlığından söhbət gedərsə, hər şey mədəniyyətin təbliği qədər rahat deyil. Çünki burada yaxşı təşkil olunmuş, təcrübəli dünya erməni lobbisi bizə qarşı durur. Amma əminəm ki, zaman və səbir öz işini görəcək. Pafoslu çıxmasın, həqiqət qələbə çalacaq. Biz də bunun üçün əlimizdən gələni edirik.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info