BMAM ölkə həqiqətlərini yaymaqda davam edəcək
Tarix: 18.12.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) növbəti ümumi yığıncağı keçirilib. BMAM-ın sədri Rufiz Qonaqov mərkəzin illik fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib, ölkədə və beynəlxalq aləmdə baş verən bir sıra vacib ictimai-siyasi proseslərdən danışıb. O deyib ki, Azərbaycanda keçirilən son prezident seçkiləri ölkədə demokratiyanın inkişafı yolunda daha bir uğurlu addım olub.
Bu seçkilər həm də siyasi mədəniyyətin inkişafının bariz göstəricisi idi. Azərbaycanın xarici siyasətdə də ardıcıl uğurlar qazandığını söyləyən R.Qonaqov ölkəmiz ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə dair imzalanmış müqavilənin əhəmiyyətindən danışıb. BMAM-ın sədri Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən işlərdən də bəhs edib. O bildirib ki, rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələr Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, ölkəmizə münasibətdə ikili standartların tətbiqinin qarşısının alınması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin təşkili, müxtəlif sosial layihələrin reallaşdırılması və s. məsələlərdir. Milli Məclisin deputatı Qənirə Paşayeva tədbirdə çıxış edərək il ərzində qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinə görə BMAM-ı təbrik edib. O, ölkəmizdə QHT-lərin fəaliyyətinin genişləndirilməsi ilə bağlı dövlət siyasətindən danışıb.
Digər çıxış edənlər QHT-lərin cəmiyyətin inkişafına verdiyi töhfələrdən söhbət açıblar.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info