Nikolay Azarov: “Rusiya Ukraynanı müflis olmaqdan xilas etdi”
Tarix: 18.12.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


“Ukrayna prezidenti Viktor Yanukoviçin Moskvaya səfəri zamanı Rusiya Federasiyası ilə razılıq əldə edilməsəydi, ölkəni müflislik və sosial kollaps gözləyirdi”. “RİA Novosti”nin məlumatına görə, bunu Ukraynanın baş naziri Nikolay Azarov bəyan edib.
“Ukraynanı nə gözləyirdi? Cavab bəllidir: müflisləşmə və sosial kollaps. Ukrayna xalqını bu cür Yeni il hədiyyəsi gözləyirdi” - deyə N. Azarov hökumətin iclasında bildirib. Xatırladaq ki, dünən Moskva və Kiyev Rusiya qazının qiymətinin Ukrayna üçün aşağı salınması, həmçinin, Rusiya tərəfindən Ukraynanın 15 milyard ABŞ dolları həcmində avrobondlarının əldə edilməsi haqqında razılığa gəlib. Ukraynanın vitse-spikeri Yuriy Boyko isə bildirib ki, Ukrayna üçün Rusiya qazının yeni qiyməti 2014-cü ildən 2019-cu ilədək qüvvədə olacaq. İmzalanmış sənədə əsasən, “Qazprom” qazın min kubmetrini Ukraynaya 268,5 dollara satacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Ukrayna arasında əldə edilən razılaşmalar hər iki tərəf üçün faydalıdır: “Bu praqmatizmdən imtina deyil, razılaşmalar qarşılıqlı fayda kəsb edir”. O qeyd edib ki, dekabrın 17-də Kremldə imzalanmış sazişlər hər iki dövlətin unikal imkanlarını hərəkətə gətirərək, sənaye və istehsal əlaqələrinin bərpası və canlanmasına yönəlib: “Əməkdaşlığımızın humanitar tərəfi də praqmatizmlə bağlıdır. Bu, slavyan mədəniyyətinin, rus dilinin, hazırda beynəlxalq münasibətlərdə çatışmayan mənəviyyatın qorunub saxlanılması deməkdir. Ümumilikdə isə bu, Rusiya və Ukrayna vətəndaşları da daxil olmaqla, nəhəng post-sovet məkanında yaşayanlar üçün birbaşa ünsiyyət yaratmaq imkanının təmin edilməsidir. Praqmatizm nöqteyi-nəzərindən xalqlarımızın qarşılıqlı ünsiyyətinə əlavə narahatlıq gətirməmək çox vacibdir”. ABŞ Rusiya-Ukrayna razılaşmasına münasibət açıqlayıb. Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib ki, ABŞ Rusiya və Ukrayna arasında bağlanan investisiya və qaz tariflərinə dair sazişi nəzərdən keçirəcək, lakin hesab edir ki, bu razılaşma Ukraynadakı etirazlar problemini həll etməyəcək: “Biz bu sazişi nəzərdən keçiririk və detalları gözləyirik. Lakin Kiyev və Moskva arasında əldə edilən hər hansı saziş etirazçıların ifadə etdikləri narahatlığa əsaslanmayıb. Biz Ukrayna hökumətini dərhal müxalifətlə dialoqa başlamağa çağırırıq”. Ukraynanın Ali Radasındakı UDAR fraksiyasının lideri Vitali Kliçko bəyan edib ki, prezident Viktor Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyaraq Rusiyadan kredit əldə edib. Vitali Kliçko qeyd edib ki, məlumatlandırılmış mənbələrdən ona daxil olan məlumata əsasən, 15 milyard dollar həcmində olan kredit sazişi Ukrayna əmlakının girovu müqabilində imzalanıb. Bu arada Polşanın sabiq prezidenti, “Həmrəylik” hərəkatının keçmiş lideri Lex Valensa bəyan edib ki, Ukrayna müxalifəti hakimiyyətin dəyişməsinə nail ola bilməyəcək. Bu haqda Lex Valensa Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib. “Mən müxalifətçilər arasında rəhbər, başçı görmürəm. Eynilə hakimiyyəti devirməyə qadir nəhəng ictimai hərəkat, vahid partiya və təşkilat da yoxdur” - deyə Lex Valensa qeyd edib. L. Valensa müxalif “UDAR” partiyasının lideri, prezidentliyə iddialı boksçu Vitali Kliçkonun da siyasi perspektivlərinə şübhə ilə yanaşıb. “Hesab etmirəm ki, Kliçko idarəetməyə hazırdır”.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info