“Ermənistana birbaşa xarici investisiyalar 62,1 faiz azalıb”
Tarix: 18.12.2013 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


Ermənistanda biznes mühit pisləşməkdə davam edir. Bu ilin yanvar-sentyabr ayları ərzində bank sistemi və dövlət idarələrinin vasitəsilə ölkəyə yatırılan xarici investisiyalar 395 milyon dollar təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31,7 faiz azdır.
Birbaşa xarici investisiyalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 62,1 faiz azalaraq cəmi 155 milyon dollar təşkil edib. “Birinci informasiya” agentliyi bu məlumatı Ermənistan Milli Statistika Xidmətinə əsasən yayıb. Həmin məlumatlarda qeyd edilir ki, 2012-ci ildə Ermənistana birbaşa xarici investisiya 2011-ci illə müqayisədə 27,5 faiz azalmışdı. 2009-cu ildən etibarən Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyanın cəmi azalmaqdadır. “Birinci informasiya” xəbər verir ki, hökumət biznes qurmaq üçün prosedurları bir qədər asanlaşdırıb. Belə ki, bizneslə məşğul olmaq istəyənlər 15 dəqiqə ərzində internet vasitəsilə qeydiyyatdan keçə bilərlər. Amma prosedurun asanlaşması xarici investisiyaların cəlb edilməsinə yardım etmir. Əksinə hər keçən il Ermənistana yatırılan xarici investisiyanın həcmində ciddi azalma qeydə alınır: “Xarici investisiyaların belə böyük cəmdə azalmasını heç də dünya maliyə böhranı ilə əlaqələndirmək doğru deyil. Ən azı ona görə ki, dünya maliyyə böhranının ən ağır dalğası 2009-cu ildə yaşanıb və 2011-ci ildən etibarən dünya iqtisadiyyatı sabitləşmə dövrünə qədəm qoyub. Ona görə də xarici investisiyanın azalması qanundankənar hallara görə biznes mühitinin bərbad vəziyyətdə olması ilə bağlıdır”.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info