AMEA-da gənc alimlərə böyük ehtiyac var
Tarix: 18.12.2013 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Akif Əlizadə: “AMEA Bakı Şəhər İcra Hakimiyyəti ilə gənc alimlərə ev verilməsi ilə bağlı danışıqlar aparır”

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP-ın sədr müavini, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, akademik Akif Əlizadə ilə görüş keçirilib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizin tanınmış ictimai-siyasi və elm xadimləri ilə keçirilən bu cür görüşlərdə əsas məqsədin respublikamızın qazandığı uğurları gənclərimizə daha dərindən öyrətmək və gəncləri maraqlandıran suallara cavab tapmaqdan ibarət olduğunu vurğulayıb. AMEA prezidenti Azərbaycan elminin inkişafından danışaraq, həyatındakı maraqlı məqamları gənclərlə bölüşmüşdür. Akademik dövlət səviyyəsində elmə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib, AMEA-nın nəinki Azərbaycan, eləcə də dünya elminə verdiyi töhfələrdən danışıb.

Akademiyada aparılan islahatlara, Azərbaycan elminin bugünkü prioritetlərinə də toxunan A.Əlizadə kadr hazırlığının önəmini xüsusi qeyd edib. O deyib ki, bugünkü Azərbaycan gəncliyinin yüksək zirvələr fəth etməsi üçün hər cür şərait yaradılıb. Gənclərimiz onlar üçün yaradılan əlverişli imkanlardan səmərəli istifadə etməli və bu zirvələrə doğru inamla addımlamalıdırlar. A.Əlizadə bildirib ki, bu gün AMEA-da gənc alimlərə böyük ehtiyac var: "Sovet İttifaqı dağıldıqdan sonra elmə maraq azaldı və gənclərin əksəriyyəti pul dalınca getdilər, yaxud xaricə köçdülər. İndi buna görə də elmdə gənclər qıtlığı yaranıb. Mən şəxsən müxtəlif yollarla təbliğat aparıram ki, təki gənclər elmə gəlsinlər. Hətta yönləndirirəm ki, elmi işlərin çoxunu gedib daha qabaqcıl xarici ölkələrdə tamamlasınlar". AMEA-nın pul yox, elm mənbəyi olduğunu deyən A.Əlizadə bəzilərinin bu məsələni qarışdırmasından təəssüfləndiyini gizlətməyib: "AMEA ömrünü həqiqətən elmə həsr edənlər üçündür və belə də olacaq. Kimsə gəlib elmi ad almaq üçün akademiyada başını girləyirsə, bura onun yeri deyil". Akif Əlizadə bildirib ki, AMEA Bakı Şəhər İcra Hakimiyyəti ilə gənc alimlərə ev verilməsi ilə bağlı danışıqlar aparır: “Məqsədimiz odur ki, gənc alimlərə evlərin verilməsində müvafiq xüsusi güzəştlər olsun və bunu biz artıq planlaşdırırıq. Evlərin nə cür və hansı şərtlərlə verilməsi müzakirə başa çatdıqdan sonra məlum olacaq”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info