Milli mətbuatımızla əlaqədar filmlər çəkiləcək
Tarix: 18.12.2013 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasında (MŞ) “İstiqlaliyyət yolumuz” silsiləsindən filmlərin çəkilişi layihəsinin təqdimatı keçirilib.
Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, bu böyük layihənin ideyası MŞ-nin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyevindir. Layihənin məqsədi Azərbaycan mətbuatının yaranmasında, inkişafında xidmətləri olan şəxsiyyətlər haqqında 30-35 dəqiqəlik sənədli filmlərin çəkilməsidir.
Diqqətə çatdırılıb ki, H.Zərdabi, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Məmmədquluzadə, Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, Ö.F.Nemanzadə, İ.Qaspiralı, M.Şaxtaxtlı, Ə.Müznib, X.Əlibəyovanın mətbuat tariximizdə böyük xidmətlərini nəzərə alaraq təxminən 12 sənədli filmin çəkilməsi nəzərdə tutulub. Onların fəaliyyətinə müasir dövrün prizmasından baxmaq, həmçinin Azərbaycan, Sankt-Peterburq, Tiflis arxivlərində olan materialları araşdıraraq, gərəkli faktlara üz tutmaq vacibdir. İş prosesində yaranan ideyalardan asılı olaraq filmlərin sayında dəyişiklik ola bilər.
MŞ-nin idarə heyətinin üzvi, Milli Məclisin deputatı Cavanşir Feyziyev diqqətə çatdırıb ki, sovet dövründə mətbuat tariximizin görkəmli simalarının gördükləri işlər qəbul olunmasa da, mövcud rejim onların hamısını gizlədə bilməzdi. Nəticədə onları bir başqa rakursda, nəinki fəaliyyətləri, həm də əsərləri təhrif olunmuş şəkildə cəmiyyətə çatdırmaq məcburiyyətində qalmışdır. Halbuki mətbuat tariximizdə H.Zərdabidən başlayaraq çalışan insanların məqsədi sadəcə qəzet nəşr etmək olmayıb. Onları mətbuata gətirən məqsəd Azərbaycanın bir müstəqil dövlət, azad millət kimi yetişməsi olub. Bu gün Azərbaycan müstəqil dövlətdir. Onların fəaliyyəti, gördükləri işlər isə akademik səviyyədə tədqiqat aparan mütəxəssislərdən başqa geniş ictimaiyyətə məlum deyil. Bu baxımdan o insanlar haqqında sənədli filmlərin çəkilməsi və yayılması böyük əhəmiyyət daşıyır. Bu, həmçinin indiki dövrün və gələcək nəsil mətbuat işçilərinin öz peşələrinin tarixini öyrənmələri üçün də faydalı olardı. Mətbuat tariximizə dair məlumat qıtlığını aradan qaldırmaq isə Azərbaycan Mətbuat Şurasının borcudur.
Tədbirdə müvafiq məsələ ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
Günəş




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info