Xocavənd kənd tam orta məktəbi əsaslı təmir olunub
Tarix: 18.12.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Ağcabədi rayonunun Xocavənd kəndində əsaslı təmir olunmuş 640 şagird yerlik məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, son illərdə rayonda 40-a yaxın yeni məktəb binası istifadəyə verilbş, 10 məktəb binası əsaslı təmir olunub. Hazırda Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni binanın inşası davam etdirilir, 640 şagird yerlik Kəbirli kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri başa çatmaq üzrədir. Tədbirdə söz alan pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri təhsil ocağının əsaslı təmir olunaraq istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər. Sonda mərasim iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. Məktəb binasında fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi yaradılıb, məktəb lazımi inventar və avadanlıqla təmin edilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info