Türkiyədə üç nazirin toxunulmazlıq hüququ ləğv edilə bilər
Tarix: 19.12.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Türkiyədə üç nazir - iqtisadiyyat naziri Zəfər Çağlayan, daxili işlər naziri Müəmmər Gülər və şəhərsalma və ətraf mühit üzrə nazir Ərdoğan Bayraqdar toxunulmazlıq hüququndan məhrum edilə bilərlər.
Bu barədə "Kanal D" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, İstanbul prokurorluğunun ölkə parlamentinə üç nazirin toxunulmazlıq hüququnun ləğv edilməsi məsələsi ilə bağlı müraciət edəcəyi gözlənilir. Qeyd edək ki, dekabrın 17-də polisin İstanbul və Ankarada keçirdiyi xüsusi əməliyyat nəticəsində 52 nəfər, o cümlədən iş adamları və dövlət nazirlərinin övladları həbs edilib. Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub. Qeyd edək ki, əməliyyatı təşkil edən və həyata keçirən polis rəisləri dünən vəzifədən uzaqlaşdırılıb. İstanbul Polis İdarəsinin maliyyə şöbəsinin müdiri Yaqub Sayqılı, Qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin müdiri Toğrul Turhal, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin müdiri Nazmi Ardıç, Terrorla mübarizə şöbəsinin müdiri Ömər Kösə və Asayiş şöbəsinin müdiri Ərsan Ərçıktı vəzifələrindən kənarlaşdırılıblar.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info