Portuqaliyada Qarabağla bağlı müzakirələr olub
Tarix: 19.12.2013 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev Portuqaliya parlamentində sözügedən qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşlə regionda mövcud olan münaqişələrin həlli məsələlərini müzakirə edib.
Məlumata görə, Azay Quliyev regionda sülhün və təhlükəsizliyin təmini üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq sənədlər əsasında həll olunmasının vacibliyini bildirib. Azərbaycan millət vəkili münaqişənin həlli ilə bağlı ATƏT-in vasitəçilik missiyasının nəticə vermədiyini və bu uğursuzluğun əsas səbəbinin Minsk qrupunun həmsədr ölkələrində olduğunu qeyd edib.
Azay Quliyev bu ilin iyul ayında ATƏT PA-nın İstanbulda keçirilən illik toplantısında səsləndirdiyi təklifi bir daha xatırladaraq, Minsk Konfransının çağırılmasının və həmsədrlik institunun tərkibinə yenidən baxılmasının, o cümlədən Türkiyənin problemin həllinə yaxından cəlb edilməsinin vacibliyini vurğulayıb.
Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv bir hesabatın hazırlanmasını və Parlament Assamblyeasının müzakirəsinə təqdim olunmasını da xahiş edib.
Joao Suareş münaqişənin həllinin uzanmasından ciddi narahat olduğunu, hələ 2008-2010-cu illərdə ATƏT PA-nın prezidenti olan zaman dəfələrlə bölgəyə səfər etdiyini, Azərbaycan və Ermənistanın prezidentləri ilə məsələni müzakirə etdiyini bildirib. Son zamanlar hər iki ölkənin dövlət başçıları ilə keçirdiyi görüşlərdə gəldiyi nəticəni bölüşərək bildirdi ki, Azərbaycan tərəfinin münaqişəni həll etməkdə daha çox konstruktiv mövqe tutduğunun şahidi olsa da, eyni nikbinliyi Ermənistan haqqında demək mümkün deyil.
O, Türkiyənin problemin həllində daha yaxında iştirak etməsi fikrinə müsbət yanaşdığını və bu istiqamətdə konkret addımların atılmasının faydalı olacağına inandığını bildirib.
Joao Suareş bölgədəki münaqişələrin həlli ilə bağlı hesabatın hazırlanması haqqında Azay Quliyevin təklifini bəyəndiyini və ATƏT PA-nın növbəti sessiyasına kimi belə bir sənədin müzakirəyə təqdim edilməsinin istisna olunmadığını vurğulaıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info