Merkel və Olland arasında görüş
Tarix: 19.12.2013 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Fransa və Almaniya liderləri Avropa İttifaqının (Aİ) dekabrın 19-da keçiriləcək sammiti ərəfəsində mövqelərini bölüşüblər.
“Euronews” telekanalı xəbər verir ki, Angela Merkel Bundestaqa keçirilən seçkilərdən və Almaniya hökumətinin başçısı təsdiq olunduqdan sonra ilk səfərini Parisə edib. Fransa prezidenti Fransua Olland görüş zamanı deyib: “Avropanın taleyinə görə bizim üzərimizə xüsusi məsuliyyət düşür. Avropa İttifaqının dekabr sammitinin gedişində biz mübahisəli məsələləri, hər şeydən əvvəl bank ittifaqı məsələsini nizamlamağa çalışacağıq. Biz artıq bu istiqamətdə mühüm irəliləyişə nail olub”.
F.Olland Avropa İttifaqında baş vermiş böhranı xatırladaraq deyib: “Yaxşıdır ki, İrlandiya və İspaniya Aİ-nin yardım proqramından çıxırlar. Bizim siyasətimizdə müəyyən nailiyyətlər var, amma problemləri unutmaq hələ tezdir”.
Angela Merkel sammitin açılışı ərəfəsində üzv ölkələri ittifaqın möhkəmləndirilməsi naminə çeviklik göstərməyə çağırıb. O deyib ki, Avropa siyasətçiləri Aİ-nin əsas müqavilələrində dəyişikliklərə hazır olmalıdırlar.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info