“Doktorantura səviyyəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində ciddi iş aparılır”
Tarix: 19.12.2013 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Təhsil nazirinin müavini Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı deyib ki, bu gün respublikada 30 041 nəfər elmi və elmi-pedaqoji kadr çalışır. Nazir müavininin sözlərinə görə, o cümlədən ölkədə 1918 nəfər elmlər doktoru, 8976 nəfər fəlsəfə doktoru-elmlər namizədi var. C.Bayramov qeyd edib ki, hazırda doktorantura səviyyəsində qanunvericiliyin təkmilləşdirilməsi üzərində ciddi iş aparılır: “Həmçinin doktoranturanın təşkili və məzmunun müəyyənləşdirilməsinə dair normativ hüququ sənədlərin hazırlanması, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə prioritet proqramların təsdiqlənməsi, doktorantura səviyyəsində təhsilin Boloniya prosesinə uyğunlaşdırılması, adambaşına maliyyələşdirilməsi və digər istiqamətlərdə işlər görülür”. Nazir müavini vurğulayıb ki, son illər Azərbaycan elmi nümayəndələrinin beynəlxalq jurnallarda nəşr edilən məqalələrin sayı artıb. Onun sözlərinə görə, 2009-cu ildə 159, 2010-cu ildə 229, 2011-ci ildə 242, 2012-ci ildə 322 məqalə beynəlxalq jurnallarda dərc edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info