Leyla Əliyevanın adından internat yetirmələrinə hədiyyələr verilib
Tarix: 19.12.2013 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Moskvadakı "Baku" Kinokonsert Kompleksində Rusiya paytaxtının internet və uşaq evlərinin yetirmələri, habelə Azərbaycan etnomədəni komponentli 157 nömrəli və gürcü etnomədəni komponentli 1331 nömrəli məktəblərin şagirdləri üçün maraqlı şou təşkil edilib. Məlumata görə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Ümumrusiya Azərbaycanlılar Konqresi tərəfindən hazırlanmış bayram tədbirində 500-dən çox uşaq iştirak edib. Şənliyin bütün iştirakçılarına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından gözəl hədiyyələr təqdim olunub.
Uşaqlar üçün bayram yolkası bəzədilib. S.V.Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrının aktyorları "Durnabalığının buyruğu ilə" musiqili tamaşasını təqdim ediblər. Yolka şənliyinə gələn uşaqlar tamaşaya baxmaqla bərabər, onun iştirakçısı olublar.
Uşaqlar Şaxta Baba və Qar Qız ilə birlikdə yolkanın ətrafında dövrə vurmuş, oynaq mahnıların sədaları altında rəqs ediblər.
Foyedə qoyulmuş şokoladlı fəvvarə, nəhəng sabun köpükləri, əl işlərinin sərgiləndiyi dövrə, sulu boya ilə rəngləmək üçün guşələr, rəngbərəng şarlar hər bir uşağı sevindirib.
Uşaqlarla bərabər valideynlərinin də, bayram tədbirinin təşkilatçılarının da ovqatı yüksəlib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info