“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş rejimdə çalışacaq
Tarix: 19.12.2013 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sərnişin daşımaları departamentinin kollektivi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
QSC-nin mətbuat xidmətindən bildiriblər ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün sərnişin daşımaları departamentinin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-25 əlavə vaqon qoşulmasını təmin edir.
Ehtiyac yaranacağı təqdirdə 38-37 nömrəli Bakı-Tbilisi sərnişin qatarına əlavə 10-15 vaqonun qoşulması təmin ediləcək.
Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün tətbiq olunur. Gediş sənədlərini internet şəbəkəsi vasitəsilə onlayn rejimində də əldə etmək mümkündür.
Eyni zamanda, sərnişinlər Bakı sərnişin stansiyasında gediş biletlərinin dəyərini, plastik kartlardan istifadə etməklə, bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız də ödəyə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info