Gələn il bölgələrdə daha 5 “ASAN xidmət” mərkəzi açılacaq
Tarix: 19.12.2013 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində “ASAN” Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilib.
Qurultayın açılış mərasimində Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək deyib ki, bu gün “ASAN xidmət” növbəti təşəbbüsə imza atır. Bu tədbir gənclərin dövlət idarəçiliyində iştirakının bariz nümunəsidir. Artıq bir ildir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. İndiyədək mərkəzlərə 880 minədək insan müraciət edib və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanıb. Şöbə müdiri bildirib ki, Prezidentin tapşırığı ilə ötən il Bakıda üç, Sumqayıtda bir “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Gələn il bölgələrdə daha 5 “ASAN xidmət” mərkəzi açmağı planlaşdırırıq. Yaxın günlərdə isə Gəncə şəhərində yeni xidmət mərkəzi fəaliyyətə başlayacaq. “ASAN xidmət” mərkəzlərinin olmadığı regionların sakinləri səyyar xidmətlərdən yararlanıblar. Xüsusi avadanlıqla təchiz olunmuş səyyar avtobuslar 37 rayonu əhatə etməklə 60 mindən çox vətəndaşa səyyar xidmət göstərib. Xidmətlərin həyata keçirilməsində ən müasir texnologiyalardan istifadə edilib. Fuad Ələsgərov qeyd edib ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb edib. “ASAN xidmət” xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib.
Diqqətə çatdırılıb ki, “ASAN xidmət” dövlət qulluğuna daha bir yenilik gətirib. Bu da elə ilk gündən dövlət orqanlarının fəaliyyətinə könüllülərin cəlb edilməsidir. Könüllülər “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə intuziazmları və müasir dünyagörüşləri ilə müsbət enerji və töhfələrini veriblər: “Digər tərəfdən isə gələcəyini dövlət qulluğu ilə bağlamaq istəyən hər kəs təcrübə əldə etmək imkanı qazanıb. “ASAN xidmət” mərkəzlərində minə yaxın könüllü xidmət göstərir. Bu gün həmin könüllülər birləşərək “ASAN” Könüllüləri Gənclər Təşkilatının əsasını qoyurlar”. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladan Fuad Ələsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı proseslərə “ASAN” könüllülərinin də qoşulmalarının əhəmiyyətli olacağını bildirib. Şöbə müdiri əlavə edib ki, “ASAN” könüllülərinin qazandığı təcrübə onların belə tarixi əhəmiyyətli bir tədbirdə də könüllü qismində yaxından iştirak etmələrinə imkan verir. Diqqətə çatdırılıb ki, “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən öz işinə könüllüləri cəlb edib. Bu fəaliyyət, həmçinin onlara ilkin əmək vərdişləri, gənc kollektivdə çalışmaq, dövlət orqanının işi ilə yaxından tanış olmaq şəraiti yaradır. “ASAN” Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və qurumun baş katibi Vəfa Qubadova təqdimatla çıxış ediblər.
Sonda “ASAN” könüllülərinə “ASAN imza”lar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18.02.2019
Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18.02.2019
Asiya İnkişaf Bankının ekspertləri ilə görüşlər keçirilib
18.02.2019
Gömrükçülər Türkiyə təcrübəsini öyrənirlər
18.02.2019
“Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info