İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət
Tarix: 19.12.2013 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans keçirildi. Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərov, Ombudsman Elmira Süleymanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Fazil Mustafa və KİV rəhbərləri iştirak edirdilər.
Konfransı giriş sözü ilə açan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli kifayət qədər vacib bir məsələnin müzakirəyə çıxarıldığını bildirdi: “Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub. Proqram geniş və sistemli tədbirlərin keçirilməsini, eləcə də bu tədbirləri icra edəcək dövlət orqanlarının rolunu müəyyənləşdirib. Milli Fəaliyyət Proqramının əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsidir. Proqramın 4.16-cı bəndinə əsasən, informasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilib. Bununla əlaqədar olaraq, mövzu üzrə Yevlaxda və Lənkəranda regional konfranslar təşkil edilib. Bu tədbirlərdə jurnalistlər, dövlət qulluqçuları, bələdiyyə üzvləri, QHT nümayəndələri və ziyalılar iştirak ediblər. Bu gün 2013-cü il üçün sonuncu tədbirimizə yığışmışıq. Bundan əlavə, fond tərəfindən mütəmadi olaraq junalistlər arasında yazı müsabiqəsi həyata keçirilir və bu məsələlər həmin yazılarda öz əksini tapmış olur".
Ombudsman Elmira Süleymanova isə çıxışında bildirdi ki, informasiya məkanında ən dəyərli məsələ informasiyanın əldə edilməsidir. Onun sözlərinə görə, 2010-cu ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra ombudsman dövlət qurumlarından informasiya əldə edilməsinə nəzarəti həyata keçirir. E.Süleymanova informasiya ombudsmanı təsisatının yaradılması ilə bağlı Avropada təcrübələrin olduğunu qeyd etdi. Avropada bu təsisat ya ombudsman təsisatlarında bir şöbə, ya da ayrıca bir qurum kimi yaradılır: “Bəlkə də biz yeganə bir təsisatıq ki, ölkənin 58 rayonunun hər birində maarifləndirmə işləri aparırıq. Bu zaman insan hüquqları və informasiya ombudsmanı kimi vəzifələrimizi əsas götürürük. Bu məsələlər ətrafında müzakirə aparmağı təklif edirəm”. E.Süleymanova Konstitusiyanın 50-ci maddəsini xatırladaraq dövlət qurumları və təşkilatların tək jurnalistlərə deyil, hər bir vətəndaşa informasiya verməli olduğunu nəzərə çatdırıb.
Əflatun Amaşov informasiya əldə edilməsinin hər bir ölkədə söz azadlığının əsasını təşkil etdiyini bildirdi. O qeyd etdi ki, Konstitusiyanın 50-ci maddəsində hər bir kəsin azad informasiya əldə etmək hüququ əksini tapıb. “İnformasiya əldə etmək haqqında” qanuna görə, açıq və qapalı informasiyalar var. Qapalı informasiyalar gizli və məxfi informasiyalara bölünür: “KİV-in sorğusuna cavab olaraq təşkilatlar informasiyanı bir həftə ərzində, təcilidirsə, 24 saat ərzində, insan sağlamlığı ilə bağlıdırsa, 48 saat ərzində açıqlamalıdırlar. Əgər informasiya alanın hüquqları pozulursa, Cinayət Məcəlləsinə görə, KİV-ə informasiya verməkdən imtina edənlər 100-500 manat cərimələnə və 1 il, vəzifəli şəxs informasiyanı verməkdən imtina edirsə, 2 il islah işlərinə cəlb oluna bilər”.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, vətəndaşlara elektron xidmətlər vahid bir portal - elektron hökumət portalı üzərindən təklif edilir: “Hələlik bu proses mərkəzi icra orqanları səviyyəsində həyata keçirilir. Yerli icra orqanları səviyyəsində də elektron xidmətlərin tətbiqi planlaşdırılır. Hazırda"elektron-hökumət" portalından istifadə edənlərin sayı 246 min nəfərə çatıb. Əvvəl isə bu rəqəm 7 min idi. E. Vəlizadə bildirdi ki, rəqəmlərin müqayisəli təhlili göstərir ki, “e-hökumət portalına daxil olmalar günü-gündən artır: “Artıq portaldan istifadə edənlərin portalda qaldıqları vaxt da artır. İndi portala daxil olanlar portaldan istifadə edərkən 5 dəqiqə vaxt sərf edir. Portaldan istifadə etmək üçün portala giriş şaxələri artıb. Bunlardan biri “e-imza”nın tətbiqidir. İndi mobil telefonlardan da “e-hökumət” portalına giriş mümkündür. Dövlət qurumları tərəfindən əldə edən “e-imza”ların sayı 13 min, vətəndaşlar tərəfindən isə əldə edilən “e-imza”ların sayı 6 minə çatıb. “Bakutel-2013” sərgisində bizim keçirdiyimiz aksiya nəticəsində 4 gündə 1048 nəfərə pulsuz “e-imza” verildi. “E-imza” ya sahib olanların sayı artdıqca “e-hökumət” portalına da giriş artır. Artıq “e-imza”ya sahib olanların say artımı göstərir ki, vətəndaşlar “e-hökumət” portalından istifadə etməyə maraq göstərirlər. Bu isə vətəndaşların xidmət almalarını asanlaşdırır.
Millət vəkili Fazil Mustafa beynəlxalq ekspertlərin Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda informasiya əldə etmək imkanlarını daha yüksək dəyərləndirdiyini bildirdi: “Azərbaycandan fərqli olaraq, Gürcüstan və Ermənistanda informasiya yalnız yazılı şəkildə təqdim olunur. Amma bizdə vətəndaşın tenderlərdən məlumat əldə etmək hüququ yoxdur. Hətta deputatdan maaşını soruşurlar, demir. Niyə maaşını açıqlamayasan? Bir “Asan xidmət” ilə Azərbaycan cəmiyyətində böyük düşüncə dəyişikliyi oldu. Vətəndaş inandı ki, 15 dəqiqə ərzində müraciətinə cavab ala bilər. İnformasiya alınması ilə bağlı fundamental məsələlərə yeni yanaşma vacibdir”.
Hüquqşünas Aydın Kərimov "İnformasiya azadlığı insan hüquqlarının vacib elementidir”, hüquqşünas Ələsgər Məmmədli “İnformasiya əldə etmək haqqında” qanunun tətbiqi vətəndaşların dövlətin idarə olunmasında iştirak forması kimi”, Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev "İnformasiya azadlığı haqqında qanunvericiliyin düzgün tətbiqinə nəzarət üzrə milli və beynəlxalq mexanizmlər” mövzusunda çıxışlar etdilər. Konfrans diskussiyalarla davam etdirildi, bir sıra təkliflər səsləndirildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info