Damla Bayık: “Azərbaycanda daimi turizmi də inkişaf etdirmək olar”
Tarix: 19.12.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” oteli çeşidli xidmətlərlə
fərqlənir”


“Excelsior Hotel & Spa Baku” otelinin marketinq və satış üzrə departamentinin direktoru Damla Bayıkın “Palitra”ya müsahibəsinin təqdim edirik.
-Azərbaycan turizminin daha da inkişaf etdirilməsi üçün turizm sahəsində Azərbaycan və Türkiyə qurumlarının əməkdaşlığı məsələləri son zamanlar tez-tez müzakirə edilir. Bu baxımdan siz nələri təklif edərdiniz?
- Öncə deyim ki, Azərbaycanın turizm üçün çox yaxşı potensialı var. Burada turizm üçün əlverişli olan təbii şəraitdən , iqlim, həmçinin çoxlu tarixi abidələr, zəngin və qədim mədəni irs var. Azərbaycan tarixinin, mədəniyyətinin zənginliyi və qədimliyi ölkənin koloritini daha da rəngarəng edir. Bütün bu potensialı, zəngin maddi və mədəni irsi xarici turistlərə cəlbedici bir şəkildə tanıtmaq olduqca rentabelli olardı. Bundan başqa, Azərbaycanda mövsümi turizmdən əlavə, daimi turizmi də inkişaf etdirmək olar. Bunun üçün ölkənin zəngin və qədim tarix və mədəniyyəti turistlərə cəlbedici bir şəkildə təqdim etməklə həyata keçirmək lazımdır. Hamımıza bəllidir ki, son zamanlar Azərbaycan mədəniyyəti, tarixi beynəlxalq səviyyədə tanınır, bu barədə gözəl layihələr həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondunun, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə bu cür layihələr sayəsində dünyanın ən məşhur telekanallarında Azərbaycanın turizm imkanları təbliğ edilir, ölkələrdə Azərbaycanla bağlı təqdimatlar keçirilir. Bütün bunlar zaman-zaman dünya turistlərinin Azərbaycana marağını da artırmış olur. Turizm kontekstində peşəkar təqdimatlar xeyli dünya turistinin Azərbaycana axınına səbəb olacaq.
- Sizin otelin fəaliyyəti və xüsusiyyətləri barədə fikirlərinizi bilmək istərdik...
- “Excelsior Hotel & Spa Baku” oteli ən çeşidli xidmətlərlə fərqlənir. 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel & Spa Baku” mehmanxanası 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” standart otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, “Aura” sağlamlıq mərkəzindən və s. ibarətdir.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli “Aura” Sağlamlıq mərkəzində skvoş dərsləri həftənin şənbə və bazar günləri daxil olmaqla hər gün səhər saatlarında keçirilir. “Excelsior Hotel Baku” otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslərin vaxtı haqqında geniş məlumat almaq mümkündür.
Öncə qeyd edim ki, “Excelsior Hotel Baku” qonaqlarına yeni bir xidmət təklif edir. Belə ki, oteldə keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus alınaraq istifadəyə verilib. Aprel 2013-cü il tarixindən etibarən “Mercedes” sprinter markalı mikroavtobus səhər saat 08.30-dan 22.00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08.30-dan başlayaraq hər saatın yarısında “Excelsior Hotel & Spa Baku” otelinin qarşısından qonaqları “Park Bulvar”a və ilk turu səhər 09.00-dan başlayaraq hər saatda Park Bulvarın qarşısından “Excelsior Hotel & Spa Baku” otelinə aparır. Hər yarım saatdan bir bu tur var. Xidmət ödənişsizdir, otelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub. “Excelsior Hotel & Spa Baku” otelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür. Bundan başqa, otelin “Belvedere” restoranı öz qonaqlarına dəniz məhsullarının yeni mətbəxini təklif edir. “Restoranda Aralıq və Egey dənizlərinin balıqlarından istifadə edilir. Qonaqlara Aralıq və Egey dənizlərinin 50 çeşiddə diri balıqlarından təxminən 20 növ türk məzələri və salatlar hazırlanıb təqdim edilir. Menyuya duzda, buğlamada və qrildə bişirilmiş balıqlar, balıq şorbası, lakerda, salatlar və s. dadlı yemək növləri daxil edilib. Qiymətlər, təxminən şəhərdə fəaliyyət göstərən digər balıq restoranlarında olduğu kimidir. Menyuda qiymətlər 4 manatdan 40 manata qədər müəyyən edilib. Bu yenilik “Belvedere” restoranına kulinariyanın şah əsərlərini çox xoş şəraitdə təklif etməklə, Türkiyədə balıq yeməyi xoşlayanların ən gözəl yeri olacaq.
Qeyd edilənlərdən başqa, “Excelsior Hotel & Spa Baku” oteli öz fəaliyyətində yeni istiqamətin başlanğıcını bəyan etdi.
31 dekabr 2013-cü il tarixində “Excelsior Hotel & Spa Baku” otelinin “Afurja” zalında “Yeni il” tədbiri keçiriləcək. Müğənni Mir Yusifin, Türkiyədən Haluk Ulu və onun orkestrinin ifa edəcəyi həzin, canlı müsiqi sədaları altında ləziz şam yeməyi, əyləncəli şou proqram, rəqslər, sehirbaz və lotoreya hər bir kəsdə yüksək Yeni il əhval-ruhiyyəsi yaradacaq.
Yeni il tədbirində iştirak edən qonaqların “Excelsior Hotel & Spa Baku” otelindən dəyərli hədiyyələr qazanmaq şansı olacaqdır. Şən və unudulmaz diskoteka səhərədək davam edəcək.
Biletlərin qiyməti 120 AZN-dən başlayır, qiymətə zəngin şam yeməyi və limitsiz içkilər daxildir. Qonaqlara bayram təklifi olaraq 90 AZN-dən başlayan qiymətlərlə “Excelsior Hotel Baku” otelində qalmaq fürsəti təklif olunur.
- İdmanla məşğul olmaq üçün otelinizin imkanlarını necə dəyərləndirirsiniz?
- “Aura” sağlamlıq və istirahət mərkəzi ölkədə yeganə olan 5+ ulduzlu “Excelsior Hotel Baku” mehmanxanasının nəzdində fəaliyyət göstərir. Bu sağlamlıq mərkəzinə idman zalı, üzgüçülük hovuzları, sauna, buhar otagi daxildir. Xüsusilə, mərkəzin idman zalı təchiz olunmuş məşq avadanlıqlarına görə ölkəmizdə yeganədir. “Aura”da lazım olan hər cür avadanlıq var. Zalda “Techno Gym” trenajorlarının çox böyük çeşidi, həmçinin keyfiyyətli qantellər və ştanqlar var. 10 ədəd qaçış zolağı, 5 velosiped sizi növbə gözləməyə məcbur etməyəcək. Trenajorlar simsiz internetlə təchiz edilib. Siz eyni zamanda trenajorda məşq edə və musiqi dinləyə və ya sevimli filmlərə baxa bilərsiniz. Trenajorlar konkret əzələ qruplarının işləməsi üçün çox rahat yerləşdirilib. Ərazidə 120 metr uzunluğu olan dairəvi qaçış xətti var. Siz başqa heç yerdə belə qaçış xətlərinə rast gəlməyəcəksiniz. Burada əsasən müştərilərin istəyi nəzərə alınıb: siz burada fitneslə, pilateslə, kallanetika və yoqa ilə məşğul ola biləcəksiniz. Siz həmçinin, boks dərsi də keçə bilərsiniz. Şəxsi məşqçi trenajor zalındakı məşqlərdən sonra sizə düzgün qidalanma, rejim və istirahət üzrə tövsiyələrini verəcək. Şəxsi məşqçinin vəzifəsi -fiziki imkanlarınızı nəzərə alaraq sizin üçün məşğələlərin ideal proqramını və yüklərin intensivliyini seçməkdir.
Mərkəzdə tennis həvəskarları stolüstü, həm də, açıq havada tennis oynaya bilərlər. “Aura” sağlamlıq mərkəzində boks və fitnes dərsləri də keçirilir. Bir qadın və dörd kişi trener aerobika, kalanektika, yoqa və pilates məşqləri aparır. Aerobika məşqləri rəqs, addım və topla keçirilir. Xüsusilə qeyd edim ki, “Aura” sağlamlıq mərkəzinin idman zalı qapalı ərazidə yerləşməsinə baxmayaraq, adam burada sıxılmır. Köhnə zavod ruhu verilərək dizayn olunan zal, hovuza açılan mənzərə və gülərüz məşqçilər məşq edənləri yorulmağa qoymur. Ümumiyyətlə, 15-65 yaş arası olanlar “Aura” sağlamlıq mərkəzində məşq edərək dincələ bilərlər. Sadəcə həmin mərkəzə gəlib üzv olmaq lazımdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info