Avropalı gənclər Binəqədi rayonunda olublar
Tarix: 19.12.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Avropa-Azərbaycan Gənclərinin Əməkdaşlığı” təşkilatı tərəfindən reallaşan “Azərbaycan və Avropa ölkələrinin gəncləri arasında əməkdaşlığın inkişafı” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup avropalı gənc Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatında olublar.
Layihə çərçivəsində İspaniya, Estoniya, Gürcüstan, Türkiyə, Polşadan ölkəmizə gələn gənclər əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında olublar. Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqlara Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun salamlarını çatdırıb. Qonaqları RİH-nın binası, eləcə də oradakı iş prosesi ilə tanış edən A.Əliyeva bildirib ki, öz fəaliyyətlərində ən son informasiya və kommunikasiya texnologiyalarından istifadə edirlər. Qeyd olunub ki, vətəndaşlarla RİH arasında maneəsiz ünsiyyət yaratmaq üçün xüsusi elektron xidmət olan 1646 telefon xidməti istifadəyə verilib. Həmçinin, avropalı gənclərə Binəqədi rayonu və rayonda aparılan quruculuq və abadlıq işləri haqqında geniş məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Aparatının ən müxtəlif şöbələrində son texnologiya əsasında qurulmuş iş prosesi barədə məlumat verildikdən sonra bu gün Binəqədi rayonunun Bakının ən inkişaf edən rayonuna çevrilməsi üçün mühüm işlərin görüldüyü qeyd olunub. RİH-nın fəaliyyəti və iş prosesi ilə tanışlıqdan sonra qonaqlara “Virtual Qarabağa səyahət” adlı qısametrajlı film nümayiş etdirilib. Qonaqlar Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və ölkəmizin 1 milyon məcburi köçkünün olması, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan diplomatik danışıqlar barədə məlumatlandırılıb.
Sonra avropalı gənclər Heydər Əliyev adına İstirahət parkında olublar. Bildirilib ki, parkın qurulmasında ən son texnologiyalardan istifadə edilib və park ən müasir işıqlandırma sistemi ilə təchiz olunub.
Daha sonra gənclər Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında olub, partiyanın inzibati binasını ziyarət edərək, burada yaradılmış iş şəraiti ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, təşkilatın inzibati binası 3 iyul 2013-cü ildə istifadəyə verilib. Qonaqlar partiyanın binasında yaradılmış kitabxana ilə tanış olublar. Avropalı gənclərə ümummilli lider Heydər Əliyevin irsi, Yeni Azərbaycan Partiyasının 1992-ci ilin 21 noyabr tarixində qurulması, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi haqqında geniş məlumat verilib.
Azərbaycanın sürətlə inkişaf etdiyini və Azərbaycan xalqının çox qonaqpərvər xalq olduğunu, ölkəmizdə olmaqdan hədsiz qürur duyduqlarını bildirən Estoniyadan olan jurnalist Kirill Lindarau və Gürcüstandan olan Tamta Kenia onlara göstərilən diqqətə və verilən maraqlı məlumatlara görə Binəqədi RİH və YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info