ABŞ pilotsuz aparatları məhv edən yeni lazer silah yaradıb
Tarix: 19.12.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


ABŞ ordusu pilotsuz uçan aparatların məhvi üçün indiyə qədər istifadə edilməyən çox effektli vasitəyə sahib olub.
Bu haqda məlumat verən Birləşmiş Ştatların “Mashable” nəşri yazır ki, bu həftə amerikalı hərbçilər avtomaşına yerləşdirilmiş lazer vasitəsilə bir neçə pilotsuz uçan aparatı məhv ediblər. ABŞ quru qoşunlarının kosmik və raket əleyhinə müdafiə bölməsinin komandanı Terri Bauer bildirib ki, yeni lazer silahı ordunun silah arsenalına 2017-ci ildən tez daxil olmayacaq. “Boinq” şirkətinin hazırladığı yeni silah “High Energy Laser Mobile Demonstrator” adlanır.Yeni silahın yaradılmasına böyük ehtiyac olub. İraq və Əfqanıstanda hərbi əməliyyatlar həyata keçirən ABŞ ordusu tez-tez raket hücumlarına, uçan aparatların zərbəsinə tuş gəlib. Nəqliyyat vasitəsinin yuxarı hissəsində yerləşdirilən xırda pul vahidi böyüklüyündəki lazer yaxınlaşan uçan aparatı və mərmini məhv edə bilir. Lazer hədəfə dəyən kimi onu məhv etməyə başlayır. 23 gün ərzində Nyu-Meksiko ştatında yerləşən hərbi bazada uğurla sınaqdan keçirilən lazer silahı 90-dan çox minamyot mərmisi və uçan aparatı məhv edib. “Mashable” yazır ki, quru qoşunları yeni silahı arsenalına daxil etmək üçün hələ bir neçə il gözləməli olacaq. Amma Hərbi Dəniz Qüvvələri artıq aprel ayından etibarən oxşar lazer silahına sahib olub. Biri 40 milyon dollara olan lazer toplar hərbi gəmilərə yerləşdirilib. Bu toplar sürətli katerləri və uçan pilotsuz aparatları asanlıqla məhv edə bilir. Sınaqlar göstərib ki, lazerin gücü nə qədər çox artırılırsa hədəfi məhv etmə qabiliyyəti o qədər çox olur. Terri Bauer qeyd edib ki, lazer silahının tətbiqi ənənəvi silahlanmaya nisbətən daha ucuz başa gəlir. Belə olan halda ordu birləşmələri daha az raket və mərmidən istifadə edəcəklər. Ordu həmin mərmilərin daşınması xərclərindən də qurtulacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info