“Bild”: “Rusiya Kalininqradda “İskender-M” yerləşdirib”
Tarix: 19.12.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Alman nəşri “Bild” Rusiyanın operativ-taktiki raket kompleksləri olan “İskander-M”i Avropa Birliyi sərhədinə yerləşdirməsi barədə məlumat verəndən sonra, Rusiya tərəfi bu faktı etiraf edib. Qəzet yazır: “Bununla bərabər, Moskva komplekslərin dislokasiyası və sayı barədə məlumat vermək məsələsində hələ də susur.
Amma, “Bild”ə mənbələrdən, müdafiə dairələrindən məlum olduğu kimi, prezident Putinin əmrinə əsasən, Kalininqrad vilayətində 4 “İskender”-M” briqadasından 2-si düzülüb. Belə olduğu halda, materialın müəllifi qeyd edir ki, Avropa Birliyi ilə sərhəddə 24 buraxıcı qurğu yerləşir.Onlar iki raketlə təchiz edilib. Onlar hədəfi nüvə və ya adi başlıqla 500 km uzaqlıqdan vurmaq imkanına malikdir. 2018-ci ilin sonuna qədər Rusiyanın sərhədlərində yerləşdirilən oxşar raket kompleksləri “böyük üçtərəfli diapazonda” yerləşmiş olacaq.
Sonra qeyd edilir ki, prezident Putin az uzaqlıqlı raketləri hər şeydən öncə siyasi təzyiq vasitəsi kimi istifadə edir. 2012-ci ilin dekabrında Rusiya lideri NATO-nun Avropada raket yerləşdirməklə bağlı planlarına Rusiyanın hərbi cavabını bəyan edib. 2010-cu ildəki konfransda Putin belə qeyd edib: “Bizim partnyorlarımız bu cür sistem yaradanda biz təhdidi görürük. Bu, bizim raket-nüvə potensialımızın sıfırlanmasına aparıb çıxarır. Bu, dünyada strateji balansın pozulmasına aparır”.
“Bild” qeyd edir ki, NATO-nun Avropada raket əleyhinə müdafiə sistemi orta və qısa mənzilli raketlərin məhv edilməsinə görə hazırlanıb. O cümlədən, İrandan tuşlanan raketlərin də məhv edilməsini nəzərdə tutur. O cümlədən, Avropadakı amerikan bazarlarında və Türkiyə, Polşa, Rumıniya, və Almaniyada radar şəbəkələri və antiraket qurğuları planlaşdırılır. Bunlar raketləri buraxılandan dərhal sonra vura biləcək. Raket əleyhinə kompleksin bütün elementlərinin yerləşdiirlməsi 2020-ci ildə yekunlaşacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info