Luka Ranieri: “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”
Tarix: 19.12.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Romada “Azərbaycan və “Cənub” qaz dəhlizi:
Transatlantik perspektivi” mövzusunda konfrans keçirilib
Romada Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) tərəfindən “Azərbaycan və “Cənub” qaz dəhlizi: Transatlantik perspektivi” mövzusunda konfrans keçirilib.

Tədbiri açan “Unicredit” bankının beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Luka Ranieri konfransda aparılacaq müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, “Trans-Adriatik Pipeline” (TAP) layihəsi Avropa və Mərkəzi Asiya regionları arasında əlaqələrin qurulması üçün vacib addımdır.
Təmsil etdiyi qurumun sürətlə inkişaf edən Azərbaycanda sərmayə yatırmağa maraqlı olduğunu deyən Luka Ranieri ölkəmizin Avropa üçün artıq etibarlı tərəfdaşa çevrildiyini bildirib: “Fəaliyyət göstərdiyimiz ölkələrdən biri də Azərbaycandır. Biz sürətlə inkişaf edən maliyyə bazarına malik bu ölkədə sərmayə yatırmağa maraqlıyıq”.
BMİ-nin direktoru Ettore Qreko diqqətə çatdırıb ki, təmsil etdiyi qurumun Azərbaycan ilə bağlı keçirdiyi silsilə tədbirlər çərçivəsində təşkil olunan konfransın mövzusu ümumi maraq kəsb edir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın daxili və xarici siyasətini, beynəlxalq aləmdəki mövqeyini, regiondakı problemlərin və onların həlli yollarını, təhlükəsizlik məsələlərini, Xəzər dənizinin enerji ehtiyatları ilə bağlı layihələrin həyata keçirilməsini, Avropa İttifaqı ilə ölkəmiz arasındakı əlaqələri müzakirə etməkdir. Bu kontekstdə Azərbaycan ilə İtaliya arasındakı əlaqələr də mühüm əhəmiyyət kəsb edir. Tədbir TAP layihəsinin iştirakçısı olan bütün tərəflərin ümumi maraqlarını uğurlu şəkildə təbliğ etmək üçün yaxşı vasitədir.
Konfransda çıxış edən BMİ-nin tədqiqatçısı Nona Mikelidze TAP layihəsi üzrə sazişlərin imzalanmasının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımdır. Enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsinin müasir dünyanın mühüm problemlərindən biri olduğunu diqqətə çatdıran Nona Mikelidze bildirib ki, məhz bu çağırışlar “Cənub qaz dəhlizi” layihəsinin ideyasının meydana gəlməsinə səbəb olub.
ABŞ-ın “Heritage” Fondunun elmi tədqiqatçısı Ariel Kohen “Cənub qaz dəhlizi”nin Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, layihənin həyata keçirilməsi nəticəsində bir sıra Avropa ölkələri Azərbaycan qazı ilə təmin olunacaq. TAP layihəsi bütün Şərqi Avropa üçün önəmlidir.
Tədbirdə məruzə ilə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov diqqətə çatdırıb ki, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması TAP layihəsinin həyata keçirilməsi istiqamətində atılmış addımdır: “Bununla da bizim üçün mühüm əhəmiyyət kəsb edən “Cənub qaz dəhlizi” layihəsi reallığa çevrilmiş olur”.
Azərbaycanda həyata keçirilən yeni enerji strategiyasının tarixinə toxunan səfir qeyd edib ki, “Əsrin müqaviləsi” bu istiqamətdə qazanılan olunan uğurların başlanğıcı olub. Bu layihə Xəzər, Qara və Aralıq dənizlərini birləşdirməklə yeni bir coğrafi məkan yaratmış oldu. Hazırda Azərbaycan Avropanın enerji bazarına çıxış əldə etmək hədəfinə çatmaqdadır. Ölkəmiz Avropa üçün strateji baxımdan önəmli tərəfdaşa çevrilib.
Elin Süleymanov vurğulayıb ki, TAP layihəsinin həyata keçirilməsi nəticəsində marşrut boyu yerləşən ölkələrdə yeni iş yerləri açılacaq. Bu cür irimiqyaslı layihələrin reallaşdırılması regional enerji təhlükəsizliyinin təmin olunmasında mühüm amillərdən biridir.
Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurasının Dinu Patriciu Avrasiya Mərkəzinin direktor müavini David Koranyi və BMİ-nin tədqiqatçısı Nikolo Sartori Avropa enerji bazarının hazırkı vəziyyətindən bəhs ediblər. Bildiriblər ki, regionun enerji sektorunun gələcək inkişafı baxımından TAP layihəsi böyük əhəmiyyət kəsb edir. Hazırda TAP “Cənub” qaz dəhlizinin aparıcı layihəsinə çevrilməkdədir.
Sonda konfransda mövzu ilə bağlı müzakirələr aparılmış və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Konfransda İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info