Sumqayıtda Yeni il şənliyinə hazırlıq işləri sürətlənir
Tarix: 20.12.2013 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Bir necə gündən sonra 2014–cü il öz qədəmlərini Azərbaycana qoyacaqdır. Artıq Sumqayıtda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar bayram ab-havası hiss olunmaqdadır.
Şəhərdə ənənəvi keçirilən Yeni il şənliyinə hazırlıq işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Sumqayıtın mərkəzi yerlərində nəhəng şam ağacları quraşdırılmaqdadır. Şəhərin baş yolkası - ən hündür, yaraşıqlı yolka Bayraq meydanında qurulub.
Bu il Sumqayıtda ilk dəfə olaraq şəhərin girişində də küknar ağacı quraşdırılb. Hətta havaların soyuq, yağmurlu olmasına baxmayaraq şəhərin giriş hissəsinə, mərkəzi parklarına cəlb edilən xüsusi texnika və canlı qüvvə bu işləri həyata keçirir.
Bayramla bağlı mərkəzi küçələrin bir hissəsi yeni ilə uyğun olaraq işıqlandırılıb, mağazaların vitrinləri də bəzədilib. Yeni il şənliyi ilə bağlı əlavə dekorasiyanın quraşdırılması və bayram meydançalarının yaradılması da nəzərdə tutulub.
Şəhərdə əsl bayram əhval-ruhiyyəsi hökm sürür və görülən işlər sakinlərin ürəyincədir. Kimisi şam ağacının yanında fotoşəkil çəkdirir, kimisi isə sevincini dostları ilə bölüşür.
Dekabrın 25-dək bütün hazırlıq işlərinin yekunlaşdırılması nəzərdə tutulub. Yeni il bayramı ilə əlaqədar şəhərin baş yolkasının yanında nəhəng tort kəsiləcək və şənlik konsertlə davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info