ABŞ-ın nüfuzlu qəzeti bir sayını Azərbaycana həsr etdi
Tarix: 20.12.2013 | Saat: 14:37:00 | E-mail | Çapa göndər


600 minə yaxın yəhudinin yaşadığı Los Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu "The Jewish Journal" həftəlik qəzeti özünün növbəti sayını Azərbaycana həsr edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, "The Jews of Azerbaijan: Why they thrive in a Shiite Muslim country" başlıqlı məqalə qəzetin baş redaktoru Rob Eşman (Rob Eshman) tərəfindən yazılıb. R.Eşman bu yazını cari ilin 31 oktyabr - 1 noyabr tarixlərində Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədilə Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlar əsasında hazırlayıb.
Məqalə "The Jewish Journal"-ın əsas materialı (cover story) kimi dərc olunmuş, məqalənin başlığı qəzetin üz qabığında (dağ yəhudilərinin yaşadığı "Qırmızı Qəsəbə"dən çəkilmiş fotonun müşayiəti ilə) əsas başlıq kimi əks olunub.
R.Eşman məqalədə bildirir ki, forumda iştrak etməklə neçə illərdir haqqında eşitdiyi, ancaq görmədiyi bir ölkə ilə tanış olmaq imkanı qazanıb. O, həmçinin, qeyd edir ki, əslində Azərbaycan əksər amerikalıların müsəlmanlar haqqındakı standart düşüncələrinə uyğun gəlmir. Azərbaycanın sürətlə inkişaf etdiyini və ÜDM-in dəfələrlə artığını qeyd edən müəllif onun İsrailin ən iri neft təchizatçısı olduğunu xüsusilə vurğulayır.
Daha sonra müəllif Azərbaycanın ictimai-siyasi tarixindən mühüm məqamlara toxunaraq, Sovet İttifaqının süqutundan sonra ölkədə Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət quruculuğu və sosial-iqtisadi sahələrdə əldə olunmuş nailiyyətlərdən, dünyəviliyin, multikulturalizm və tolerantlığın təşviqindən bəhs edir. Həmçinin, Azərbaycan Prezidenti tərəfindən ölkədə yaşayan müxtəlif dini etiqadlara, o cümlədən yəhudilərə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayır. R.Eşman Azərbaycandakı tolerantlığın qərbdən idxal edilmiş bir xüsusiyyət deyil, Azərbaycanın özünə məxsus olan qədim ənənə olduğunu bildirir.
Quba rayonuna səfəri və Qırmızı Qəsəbədə dağ yəhudiləri ilə keçirdiyi görüşlərdən bəhs edən müəllif, həmçinin, 1918-ci ildə Quba rayonunda ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı və yəhudilərin xatirəsinə ucaldılmış "Quba Soyqırımı Memorial Kompleksi" barədə də geniş məlumat verir. Müəllif yazır: "Quba yaxınlığında sivri uclu beton konstruksiya və parlaq qranitdən yenicə hazırlanmış memorial kompleksə daxil olduq. Kompleksin yanında 1918-ci ildə bolşevik, erməni və xristiyan qüvvələr tərəfindən müsəlman və yəhudi əhaliyə qarşı aparılmış qətliamda həlak olan insanların qazıntı nəticəsində tapılmış kəllə sümüklərindən ibarət təpəciklər yerləşir. Burada təxminən 600 nəfər, bələdçimizin də dediyi kimi, "erməni banditlər" tərəfindən qəddarlıqla öldürülüblər". R.Eşman abidənin ona yəhudi soyqırımı qurbanlarının xatirəsinə İsraildə ucaldılmış memorial kompleksini xatırlatdığını bildirir.
Müəllif BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalının davam etdirildiyini vurğulayır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info