Ağ ev: “Obama İrana qarşı yeni sanksiyalara veto qoyacaq”
Tarix: 20.12.2013 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi qəbul olunarsa, ABŞ Prezidenti Barak Obama veto hüququndan istifadə etməyə hazırdır. “RİA Novosti”nin verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.
O, qeyd edib: "Biz Konqres üzvləri ilə bu mövzunu müzakirə etdik və açıq-aydın bildirdik ki, yeni sanksiyalar haqqında qanun layihəsinin qəbul edilməsinin vaxt deyil. Biz bu sənədin qəbul ediləcəyini və qəbul edilməli olduğunu düşünmürük. Əgər qanun layihəsi qəbul olunsa, Prezident veto hüququndan istifadə edəcək".
Bundan əvvəl Ağ Ev dəfələrlə Konqresi danışıqlar prosesini korlamamaq üçün yeni sanksiyaların qəbulunu təxirə salmağa çağırıb.
C.Karninin sözlərinə görə, əgər İran öhdəliklərini yerinə yetirməsə və ya nüvə problemi üzrə yekun sazişi imzalamasa, onda Ağ Ev yeni sanksiyaların tez bir zamanda qəbul edilməsi üçün Konqreslə qarşılıqlı fəaliyyətdə ola bilər: "Lakin indi belə bir fəaliyyət diplomatik həll prosesinə mane ola bilər. Belə bir qanun layihəsinin qəbulu ABŞ-ın İrana qarşı hərbi fəaliyyətə cəlb edilmə riskini ciddi şəkildə artıracaq".
Qeyd edək ki, İrana qarşı mümkün yeni sanksiyalar haqqında qanun layihəsi dekabrın 19-da ABŞ Senatına təqdim olunub. Hər iki partiyadan 26 senatorun dəstəklədiyi sənədə əsasən, rəsmi Tehran Cenevrədə əldə olunmuş əməkdaşlıq planını yerinə yetirməsə və ya nüvə problemi üzrə yekun sazişi bəyənməkdən imtina etsə, yeni sanksiyalarla üz-üzə qalacaq.
Xatırladaq ki, İranın nüvə proqramı üzrə ilkin razılıq noyabrın sonunda Cenevrədə İran və beynəlxalq vasitəçilər (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında danışıqlar zamanı əldə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info